Çərşənbə axşamı, 14 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusa yoluxmuş baş redaktor sağaldı

Koronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoy şəfa tapıb...

PİA.az xəbər verir ki, Supersport.az portalının təsisçisi və baş redaktoru iki həftədir koronavirusdan müalicə olunurdu.

Anar Cəfərsoy açıqlamasında deyib:

“Allah qalib elədi. Əminliklə deyə bilərəm ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar həyatlarını təhlükəyə atmaq bahasına olsa belə, insanları xilas etmək üçün bütün varlıqlarını sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qidayla təminata da xüsusi diqqət yetirilir. Allah bütün xəstələrə şəfa versin. Başda həkim Şərəf Hüseynova, böyük tibb bacısı Könül Vəliyeva, tibb qardaşı Şəmsi Axundov olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Baş redaktor bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:

“Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə davam etdirəm”.

Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.(Yenisabah.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Anar Cəfərsoy


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

“Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir” - Artur Rasizadə

Vilayət Eyvazov gənc zabitləri xidməti yerə göndərdi - Foto

Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış etdi

Erməni fəallar cəbhə xəttində itkiləri açıqladı, Müdafiə naziri tənqid atəşinə tutldu

DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...

Düşmənin hərbi obyektləri və texnikası darmadağın edilib - MN yeni görüntüləri yaydı - Video

Bakıda gənc qız küçədə oğlanı döydü — Video

Zaxarovadan mənəviyyatsız paylaşım - Azərbaycan-Ermənistan sərhədində baş verənləri lağa qoyub

Hikmət Hacıyev: “Prezident tapşırıq verdi ki, qisas alınsın”

“Ermənilər bizim yerlərdə şıllaq atır” – Rəşid Mahmudov

loading...

Ən çox oxunanalar