Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli əməlləri

Azərbaycanda qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə ittiham olunan Lənkəran sakini, 1970-cı il təvəllüdlü Nağı Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb...

Nağı Ağayev əvvəllər xarici ölkələrdə dini zəmində aparılan silahlı münaqişələrdə döyüş təlimi keçmiş Yunis Səfərov tərəfindən 3 iyul 2018-ci il tarixdə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına odlu silahdan atəş açılıb, müxtəlif bədən xəsarətləri yetirilərək qəsdən öldürməyə cəhd edilməklə əvvəlcədən planlaşdırılmış terror aktı törədilmiş, faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə bu barədə rəsmi məlumat verilməsinə baxmayaraq 4 iyul 2018-ci il tarixdə istifadəsində olan “Samsung” markalı mobil telefondakı mobil telefon nömrəsində olan “Whatsapp” proqramının “NAQİ” adlı profili ilə öz səsi ilə Yunis Səfərovun terror əməllərinə dəstək ifadə edib.

O, “alo, qardaşlar. Salam aleykum. Deməli, qrajdanin Rosiyyadır. Hökumət adamlarından Rusiyaya xəbər vermək lazımdır, Posolstvaya işçilərinə. Allah bu qardaşın canını salamat eləsin. Belə oğlanlar çox olsa, bizim xeyrimizdir. Hə, ikincisi də ki, bu Mübarizdir, Allah rəhmət eləsin. Onlar da şəhiddir. Sözümüz o deyil. Əsas qəhrəman bu qardaşdır. Yəni birinci yeri belə qardaşlara vermək lazımdır. Çünki bizim cavanların başlarını xarab eliyirlər, ay erməni belə, filan. Erməni bəli düşməndir, torpaq da alınmalıdır. Ancaq erməninin bəhanəsi ilə bunlar vlastda qalır. Erməni bunların kirvələridir. Erməni bunların qardaşlarıdır.

Xalqın balaları dözmürlər, gedirlər ermənilərin üstünə, axırda da ölürlər, gəlirlər. Əsas iş, bunları, bu işdir. Bunların kökün kəsmək lazımdır. Erməni ikinci dərəcəli işdir. Prosto erməni söhbəti ilə bizim başımızı qal eliyiblər. Bu xalqa zülm eliyirlər. Allah o qardaşın canını salamat eləsin. Tezliklə qapısını açsın” məzmunlu səsli mesajı 26 nəfər profil istifadəçisinə göndərib.

Nağı Ağayev Yunis Səfərovun əməllərinə dəstək xarakterli qanunsuz aksiyaların keçirilməsinin vacibliyini ifadə edərək qəsdən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn dövlət əleyhinə açıq çağırışlar etməklə bu cür məzmunlu materialları yayıb.

Bundan başqa, Nağı Ağayev 9 iyul 2018-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən su kanalının yanından içərisində döyüş sursatları hesab edilən 01 ədəd “F1” tipli əl qumbarası, həmin qumbaraya aid 01 ədəd “UZRQM” tipli alışdırıcı, 30 ədəd 7,62x39 mm kalibrli patronlar və 1 ədəd partlayıcı maddə olan trotil şaşkasını qəsdən qanunsuz olaraq əldə edib yaşadığı Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evinə qanunsuz olaraq daşıyıb, orada qanunsuz olaraq saxlayıb.

İstintaq orqanı tərəfindən Nağı Ağayevin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham elan edilib.

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Nağı Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nağı Ağayev apelyasiya şikayəti verib. O, törətmədiyi cinayətə görə məhkum olunduğunu qeyd edib. Nağı Ağayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nağı Ağayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, Nağı Ağayevin şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Nağı Ağayevin cəzası 3 ilə endirilib.(demokrat.az)

pia.az


Etiket: Nağı Ağayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar