Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradərili əhali ABŞ seçkilərinə necə təsir göstərəcək?..

2020-ci ildə 7 milyon ağ olmayan amerikalı gənc səsvermə hüququ qazanacaq. Bu, bütün siyasi balansı dəyişdirə bilər...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

ABŞ-da zənci amerikalı Corc Floydun öldürülməsinə görə qalxan etirazlar hələ də davam edir. Bəzi şəhərlərdə etirazlar talana və yağmalanmaya çevrilib. Respublikaçılar bu talançılığa görə radikal solçu qrupları günahlandırırlar, Demokratlar isə “Ağ irqçi” təxribatçıların etirazların daxilinə sızdığını iddia edirlər.

ABŞ bir pandemiyanın ortasındadır və buna görə, 100 mindən çox insan ölüb. 30 milyondan çox insanın işsiz qaldığı ABŞ-da iqtisadiyyata ağır zərbə dəyib. ABŞ 1929-cu ildəki Böyük Durğunluq dönəmindən bəri ən pis vəziyyətini yaşayır. Trilyonlarla dollara başa gələn tədbirlərə baxmayaraq, iqtisadiyyatın qısa müddət ərzində bərpa olunacağı gözlənilmir.

ABŞ-da 5 ay sonra, noyabr ayının ilk həftəsində prezident seçkiləri keçiriləcək. Bəs görəsən, qaradərili etirazçılar seçkilərə necə təsir göstərəcəklər? Bəzi analitiklərin fikrincə, talana və yağmalanmaya çevrilən etirazlar ağ seçicilərdən Trampa gələn dəstəyi artıracaq. Bəzi analitiklərin fikrincə isə etirazlar səs verməyən milyonlarla qaradərili və ağ olmayan miqrant qruplarını səfərbər edəcək. Bu hərəkətlənmə də Demokratların səs nisbətini artıracaq.

ABŞ-da əhalinin hərəkətliliyi “Bəyaz Amerika”nın əleyhinədir. Tədqiqatlara görə, ağ amerikalılar 20-25 ildə azlığa düşəcəklər. Tramp da 2016-cı il seçkilərində bu nəticədən siyasi bir arqument kimi istifadə etdi. Əhalinin ağ olmayan amerikalılara qarşı olması da Demokratların işinə yarayır. Çünki ölkədəki qaradərililər, hispaniklər və digər ağ olmayan miqrant qrupların (yəhudi amerikalılar da daxil olmaqla) əksəriyyəti Demokratlara səs verir.

Hazırda qaradərili insanlar ABŞ əhalisinin təxminən 15%-ni təşkil edir. Latın Amerikasından olan hispaniklər isə əhalinin təxminən 18%-ni təşkil edirlər. Doğuş nisbətləri ilə müqayisədə ən yüksək artım göstərən qrup isə Asiya mənşəli insanlardır. Ölkədəki ağ amerikalıların sayı 60%-dən bir az çoxdur. Qaradərili və hispanik şəhərlərinin sayı isə “daxili köç” səbəbiylə getdikcə artır. Ağ Amerika əhalisinin sayısının 2045-ci ildə 50%-dən aşağı düşəcəyi təxmin edilir.

ABŞ-da səsverməyə getməyən böyük bir auditoriya var. Bil Klintonun dövründə Əmək Nazirliyini idarə edən və ictimai iqtisadiyyat professorlarından olan Robert Rayk bu kütləni “ABŞ-ın ən böyük partiyası” kimi xarakterizə edib. Raykın yanvar ayında yazdığı bir məqalənin adı “Amerikanın heç eşitmədiyiniz ən böyük siyasi partiyası” şəklində idi. Rayk vurğulayır ki, əgər “seçici olmayan amerikalılar” səs versə, ABŞ-ın siyasi sistemində kəskin dəyişiklik olacaq.

2016-cı il seçkilərində 100 milyon insanın seçkiyə getmədiyini qeyd edən Reykin sözlərinə görə, bu böyük kütlə ağ olmayan amerikalılar, gənclər və az gəlirli qruplardır. Rayk, həmçinin, bu kütlənin kövrək siyasi sistemdən, iqtisadi bərabərsizlikdən və səsverməni çətinləşdirən qanunlardan ən çox əziyyət çəkən qruplar olduğunu qeyd edib (bununla yanaşı, Tramp poçtla səs verilməsinə qətiyyətlə qarşı çıxır).

2020-ci ildə 7 milyon ağ olmayan amerikalı gənc səsvermə hüququ qazanacaq. Rayk bildirir ki, bu 7 milyon gənc bütün balansı dəyişdirə bilər. Buna görə, Demokratlar seçicilərin iştirakını artırmaq üçün təşviqat aparırlar.

Respublikaçı Cef Sesyons Ədalət Naziri olduqdan sonra Alabama əyalətində bir senatın kreslosu boş qalmışdı. 2017-nin dekabrında Demokrat namizəd Doq Cons yenilənən seçkilərdə rəqibi Roy Muru cəmi 20 min səs fərqi ilə məğlub etmişdi. 60%-in ağ olduğu Alabamada qaradərililərin nisbəti təxminən 26% idi. Alabamada irqçi düşüncələri ilə tanınan və Respublikaçıların sarsılmaz qalası olaraq bilinən Mur əvvəl səs verməyən qaradərili seçicilərin hərəkətə keçməsi ilə məğlub oldu. Beləcə, Alabamanın qaradərili əhalisi dövlətin keçmişində baş verən qəddar, irqçi siyasətləri unutmadığını göstərmişdi.

Demokratlara dəstək verən analitiklər isə daha çox qaradərili və digər gənc mühacirləri səsverməyə təşviq etmək üçün prezidentliyə namizəd olan Co Baydenin vitse-prezidenti olaraq bir qaradərili qadını seçməli olduğunu vurğulayırlar. 2020 seçkiləri Tramp və Respublikaçılar üçün heç də asan olmayacaq. Kritik vəziyyətlərdə, hətta kiçik səslər belə çox böyük dəyişiklik yarada bilirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar