Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həcc ziyarəti tarixdə nə zaman və niyə baş tutmayıb?

Pandemiya ilə əlaqədar olaraq Azərbaycanda və dünyanın bir sıra ölkələrində məscidlər qapalı qalsa da, bəzi ölkələrdə, o cümlədən İran, Türkiyə və Səudiyyə Ərəbistanında ibadət evləri artıq qapılarını dindarların üzünə açıb...

Lakin xəstəlik davam etdiyi üçün müsəlmanların ildə bir dəfə keçirilən Həcc ziyarəti ilə bağlı müəmmalar qalmaqdadır. Hazırda müsəlmanların bir çoxu Həcc ziyarətinin bu il baş tutmayacağından narahatdır. Çünki Həcc ziyarəti İslamın vacib şərtlərindən biridir və il ərzində bir dəfə - Hicri-Qəməri təqvimi ilə Zilhiccə ayının birinci ongünlüyündə Məkkə şəhərindəki müqəddəs məkanların ziyarəti formasında keçirilir. Həcc ziyarətinin zirvə nöqtəsi isə Qurban bayramıdır. Artıq Qurban bayramının tarixi də elan olunub. Bayram iyulun 31-də qeyd olunacaq. Lakin Həcc ziyarətinin keçirilib-keçirilməyəcəyi hələ də məlum deyil.

Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı hökuməti bir neçə ay əvvəl bildirib ki, Həcc ziyarətinin keçirilməsi barədə qərar yalnız bu səfərə az qalmış xəstəliyin yayılma vəziyyətindən asılı olacaq. Krallığın Həcc və Ümrə (il ərzində keçirilən ziyarət, başqa adı “kiçik həcc”dir – red.) naziri Məhəmməd Saleh bin Tahir bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar insanların təhlükəsizliyi mövzusunda narahatdırlar. Bu səbəbdən də, nazir müsəlmanlara bu il Həcc ziyarəti planı qurmadan öncə bir müddət gözləməyi tövsiyə edib. O, krallıq hökumətinin ziyarəti təşkil etməyə hazır olduğunu, ancaq koronavirusun yayılmasının yoluxma riskini artırdığı üçün narahatlıq doğurduğunu əlavə edib.

Ən son olaraq rəsmi Ər-Riyad Kəbənin hələ bir müddət qapalı olacağını elan edib. Baxmayaraq ki, Krallığın digər məscidləri, o cümlədən Mədinə şəhərində yerləşən Peyğəmbər Məscidi artıq açılıb. Lakin məscidlər xüsusi qaydalar əsasında fəaliyyət göstərir, gün ərzində yalnız namaz vaxtlarında və məscidin tutumunun 40 faizi həcmində şəxsin daxil olmasına icazə verilir.

Koronavirusun davam etməsi səbəbindən artıq bəzi ölkələr Həcc ziyarəti ilə bağlı qərar verib. Məsələn, ən böyük müsəlman ölkəsi olan İndoneziyanın hökuməti bu il vətəndaşlarını Həcc ziyarətinə göndərməyəcək. Həcc ziyarətində hər il rəsmi rəqəmlərə görə, müxtəlif ölkələrdən gəlmiş 3 milyondan çox insan iştirak edir və ziyarət əsnasında böyük izdiham yaşanır. Hətta bəzi illərdə bu izdiham kütləvi ölümlərə belə səbəb olur. Koronavirusun yayıldığı bir zamanda Həcc ziyarətində insanların kütləvi yoluxması riski yüksəkdir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar bu il martın 5-dən etibarən müsəlmanların qibləsi olan Kəbənin qapısını ibadətə bağlayıb. İndi isə insanlar 2020-ci ildə Həcc ziyarətinin olmayacağından narahatdır. Yeri gəlmişkən, Azərbaycanda son illərdə müəyyən qədər azalma olsa da, ildə 1 500-ə yaxın şəxs Həcc ziyarətinə gedir.

Bu il xəstəlik səbəbindən Həcc ziyarəti qadağan olunarsa, tarixdə ziyarətin baş tutmadığı yeganə il olmayacaq. Məsələ ondadır ki, İslamın mövcud olduğu 14 əsr ərzində bir neçə dəfə müxtəlif səbəblərdən Həcc ziyarətləri keçirilməyib.

Qeyd etmək lazımdır ki, Kəbə İslamdan əvvəl də ərəblərin ziyarətgahı olub və müsəlman olmayan ərəblər qədim dövrdə Adəm peyğəmbər tərəfindən inşa olunduğu, İbrahim Peyğəmbərin bərpa etdiyi deyilən Kəbəni ziyarət ediblər. İslam dini isə Həcc ziyarətini vacib ibadətlər sırasında, xüsusi qaydaları olan bir mərasim kimi qəbul edir. Maddi, fiziki və digər vacib şərtləri yerində olan müsəlmanın ömründə ən azı bir dəfə Məkkədəki Kəbəni ziyarət etməsi vacib əməldir. Ancaq tarixdə bir sıra hadisələr baş verib ki, bu səbəbdən müsəlmanlar Kəbəyə yollana bilməyiblər.

İlk belə hadisə 865-ci ildə olub. Safiq ləqəbli İsmail ibn Yusif adlı şəxs Məkkədə Həcc mövsümündə Abbasi xilafətinə qarşı üsyan qaldırır. Üsyançılar hacıların çoxunu Ərəfat dağında qətlə yetirir, qalanları isə Həcc mərasimini tamamlaya bilmir.

İkinci hadisə isə 10-cu əsrdə baş verib. Fatimilər (Misir) xilafətindən ayrılan Qərmatilərin 930-940-cı illərdə Məkkə şəhərini işğal etməsi səbəbindən Həcc ziyarəti 10 il həyata keçirilmir. Bu hücum nəticəsində 30 min insan qətlə yetirilib. Məkkədə əmin-amanlıq olmamasını əsas gətirərək, Həcc ziyarəti dayandırılır və bu, düz on il davam edir. Eyni zamanda, Qərmatilər Həcc ziyarətini bütə sitayiş adlandıraraq, qadağan edir və Kəbədəki müqəddəs qara daşı yerindən çıxararaq Ərəbistanın şərqindəki Qətifə (o zamankı adı ilə Həcərə – red.) aparırlar. Yalnız 20 ildən sonra qara daşı geri qaytarmaq mümkün olur.

Həcc ziyarətinin baş tutmadığı növbəti dövr 968-ci ildə Məkkədə epidemiyanın yayılması olur. Xəstəlik səbəbindən ziyarət dayandırılır.

Bundan sonra uzun müddət Həcc ziyarətində hər hansı məhdudiyyət olmayıb. Yalnız 1260-1265-ci illərdə monqol yürüşləri zamanı baş verən müharibə və dağıntılar səbəbindən Ərəbistan yarımadası (Hicaz) istisna olmaqla, əksər müsəlman ölkələrindən həcc ziyarətinə gedən olmur. Bir neçə il Məkkəni yalnız yerli sakinlər ziyarət edir.

Daha sonra uzun illər sabitlik dövrü başlayır. 19-cu əsrin əvvəllərində Məkkə və Mədinənin yerləşdiyi Hicaz vilayətində yoluxucu xəstəliklərin yayılması Həcc ziyarətinin keçirilməsinə mane olur.

İlk dəfə 1814-cü ildə Ərəbistanda baş verən vəba xəstəliyi səbəbindən 8 min nəfər ölür və buna görə də, həmin il Həcc ziyarəti təxirə salınır. Daha sonra 1831, 1837, 1858, 1864, 1871, 1892 və 1895-ci illərdə Ərəbistan yarımadasında müəyyən fasilələrlə taun, vəba, dizenteriya və s. epidemiyalar yayılıb. Həmin xəstəliklərə görə bəzi illərdə Həcc ya əvvəldən təxirə salınıb, ya da onun tamamlanmasına icazə verilməyib. Ümumilikdə, bu dövrdə 1000-dən çox zəvvar dünyasını dəyişib.

Bundan başqa, 20-ci əsrdə Həcc ziyarəti zamanı bir neçə texniki qəza, terror hücumu (1979-cu il) və izdiham nəticəsində minlərlə zəvvar dünyasını dəyişib. Ancaq ötən dövrdə Həcc səfərləri dayandırılmayıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar