Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Effekt az olarsa, məhdudlaşdırılma artırılacaq

“Ölkəmiz tətbiq edilən karantin rejimi qaydalarında həm iqtisadiyyatın, həm də səhiyyə sisteminin vəziyyətini nəzərə almağa çalışır”...

Bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə aparılan mənasız müzakirələr insanlara təsir edir:

“Şəbəkə istifadəçiləri iki günə nə baş verəcək deyib, müzakirə açırlar. Gigiyenanı, epidemiologiyanı bilməyən insanların belə müzakirə aparması əks effekt verir. Bu cür vəziyyətdə iki, üç, hətta bir gün belə əhəmiyyət kəsb edir. Çünki əhali qoyulan qaydalara riayət etmirsə, dövlət məcburdur ki, inzibati tədbirlərdən istifadə etsin. Burada insan hüquqlarının pozulması yoxdur.

Bunlar sağlamlığın qorunması ilə bağlı qəbul edilən beynəlxalq konvensiyalarda qeyd olunan məqamlardır. Hər bir qaydanın ən azı bir neçə həftə tətbiq edilməsi doğru addımdır. Çünki yoluxmaların azalıb-azalmaması 6-9 gün ərzində bilinəcək. Yəqin ki, qaydaların tətbiqi də bu cür yoxlanılacaq.

Bu qaydalar bir neçə həftə tətbiq ediləcək. Effekt az olarsa, hərəkətlərin məhdudlaşdırılmasının daha da artırılmasına ehtiyac olacaq. Bu isə səhiyyə sistemində ciddi problemlərin yaranmasına gətirib çıxara bilər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar