Çərşənbə axşamı, 07 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dərin ABŞ-ın bir digər ünvanı: “Forbes”i əlində saxlayan Kok ailəsi kimdir?..

Hər yerə əli çatan Kok ailəsi kimi seçsə, prezident həmin adam olur...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 3 iyun 2020-ci il

Dünyanın üstündəki mübarizə ilə davam edək. Lakin bir şeyi xatırlatmaq lazımdır. Əvvəl dediyim kimi, küçələr qarışan anda Kok ailəsi də Trampa dəstək olmaq üçün önə çıxıb. Ancaq səhvən bir neçə ay əvvəl dünyasını dəyişən və sağ ikən çox fəal olan Devid Kok barədə danışdım. Halbuki əsas rəhbər Çarlz Kokdur. Həmçinin, Bil və Frederik də Çarlzla birlikdə idilər. Bu qardaşlar ABŞ-ın başındadırlar və əsl dövlətdirlər.

ABŞ ilə Çin arasındakı müharibədən xəbəriniz var. Türkiyə də istər-istəməz bu qarşıdurmanın mərkəzindədir. Digər tərəfdən, Çinli politbürolar və İngiltərəyə qədər gedib çıxan oliqarxlar var. ABŞ-da isə ən təpədə məskunlaşanlardan biri Kok ailəsidir.

Bunu belə də ifadə etmək olar: “Forbes” siyahısına daxil olmaq üçün Kok ailəsindən icazə almaq və orada qalmaq üçün onlara itaət etmək lazımdır. Kok ailəsinin sözündən çıxan adam o anda məhv olar. Bəs Kokların sözündən çıxanlar və çıxmayanlar kimlərdir?

Məsələn, köhnələrdən Mehmet Emin Karamehmet, Vorren Baffet, Cef Bezos, Silvio Berluskoni, Edqar Bronfman, Maykl Del, Li Ka Şinq, Karlos Slim, Aqnelli, Filip Nayt, Riçard Brenson, Yuli Ofer və onlarla dünya şöhrətli iş adamlarını saymaq olar. Siyahıya çox ciddi simalar da düşə bilər.

İlər əvvəl Vaşinqtonda gördüyüm Devid Kok inanılmaz dərəcədə sadə və dəbdəbəsiz bir insan idi. Ancaq bir ailə olaraq idarə etdikləri güc göz qabağındadır. Mövzunu bir az daha açaq.

Robert LeFevr çox çox önəmli bir şəxs idi. O, Kokun atasının yaxın dostu və mentoru idi. İndi isə əsl rəhbər olan Çarlz Kokun onun sözündən çıxmadığı bir şəxsdir. Robert LeFevr amerikalı bir iş adamı olaraq tanınıb. 35 il əvvəl dünyasını dəyişsə də, fikirləri və planları indi bir-bir həyata keçir.

1985-ci ildə LeFevrin evində bir görüş keçirilib. Cina Haspel, Mayk Pompeo, Stiv Bennon, Cim Metis və Robert Müller kimi adamlar Robert LeFevrin sonuncə əmrlərini almaq üçün oraya getmişdilər. Robert LeFevr ən azı öz vəsiyyətini açıqlayırdı. Dərin Amerikanı tanıyan hər kəs o görüşün bir Zirvə olduğunu deyə bilər.

Görüşdən cəmi 24 saat sonra Cina Haspel MKİ-yə qoşulub. Bunu tələb edən şəxsin LeFevr olduğunu deməyə ehtiyac yoxdur, təbii ki. Növbəti il ​​də Mayk Pompeo “West Point”dən məzun oldu. Həmin həftə Stiv Bennona Hadvard 100%-lik təqaüd verdi.

LeFevr həmin gün Cim Metisə: “Hörmətli Cim, 35 yaşın var və evli deyilsən. ABŞ üçün evlənməməyini istəyirəm. Çünki ailə həyatı sənin kimi birini emosional hala gətirə bilər. Bu ağır tələbi yerinə yetirərsinizmi?”, deyib.

Metis isə bu gün 70 yaşındadır və heç evlənməyib. Hətta sevdiyi bir qadın da vardı və toy günü də təyin olunmuş, dəvətnamələr çap edilmişdi. Lakin bir telefon zəngi ilə evlənəcəyi qadından uzaqlaşmışdı.

Robert Müllerə gəldikdə isə o, prezident Trampı ən çox sıxışdıran prokurordur. Həmin görüşdən sonra digər yoldaşları kimi onun da yolu açılırdı. Robert Müller həmin həftə Reyqanın hüquq qrupuna məsləhətçi kimi təyin edilmişdi.

LeFevr o gün ona gələcəkdə FTB-də işləyəcəyini də söyləyib. Cina Haspel, Mayk Pompeo, Stiv Bennon, Cim Metis və Robert Müller bu gün Amerikanın dərin bölgələrindəki ən etibarlı şəxslərdir. 1985-ci ildəki bu görüş LeFevr üçün son görüş idi. O, növbəti il ​​həyatını itirib. İndi isə LeFevr kimi düşünən bir adam var: Çarlz Kok.

Çarlz çox vacib addımlar atıb. Bu gün ABŞ-ın, bəlkə də, ən güclü insanı Çarlz Kokdur. Heç vaxt sadəcə olaraq varlı bir iş adamı olmayıb. Dərinlərə gedən və hər yerdə əli olan bir şəxsdir. Türkiyədəki əlaltılarını bir-bir saymaq istəmirəm. Ancaq onlar da hər yerdədirlər.

Kristofer Leonardın “Kokland: Kok sənayesinin gizli tarixi və Amerikadakı institusional güc” adlı kitabı Kok ailəsinin pərdə arxasında da nə qədər güclü olduğunu izah edir. Kitabda uyğun olmayan çox vacib məqamlar da var, amma bilən bilir ki, Koklar “Kochtopus”, yəni oktapotdur.

Onlar bütün ABŞ-da və dünyada güclüdürlər. İndi isə gələk mövcud vəziyyətə, yəni müharibəyə.

İllərdir Kok ailəsi Çini hədəf alır. Amerika sisteminin Çinin qaçınılmaz yüksəlişində böyük payı olsa da, ailə artıq bunun qarşısını almağın vaxtı çatdığını söyləyib. Onsuz da bu barədə danışan simaların hamısı Kokların qoruduğu və yollarını açdığı insanlardır. Hamısı da ABŞ-da və Türkiyədə vacib yerlərə çatıblar.

Kristofer Leonard Kock ailəsi üçün “istədiyini planlaşdırar və həyata keçirər” deyib. Əlbəttə ki, “güc ən çox Koch ailəsinə yaraşır” sözü də çox vacibdir. Kok ailəsi Çini mərkəzə qoymaq və axırına çıxmaq üçün çox vacib qərarlar qəbul edib. Robert Müller də mərkəzi Rusiyada olan bir çox məhkəmələrlə Çin prosesinin əsasını qoyub.

Rusiya Çinin görünməyən siması idi. Aralarında çox ciddi bir gizli şəbəkə vardı. Daha doğrusu, Rusiyada Çinlə gedən bir tendensiya var idi.

ABŞ-ın Rusiyanı hədəfə aldığı və oliqarxların qara siyahıya alındığı günlərdə sifariş həmişə Kok ailəsindən gəlirdi.

Məsələn, Putinin yaxın dostu Oleq Deripaska Kokların qara siyahısında idi və həyat onun üçün dözülməz idi.

Çarlz Kok yaşadığı müddətdə yalnız bir adamı hədələyib: Vladimir Putin. Kok ailəsinin Rusiya ilə çox vacib addımlarını əngəlləyən insan Putin idi. Əslində, Putin Kok ailəsi ilə bir neçə dəfə əlaqə qurmağa çalışıb. Ancaq uğurlu ola bilməyib.

Çarlz Kok Putinin Çinlə bağlı gizli gündəmini bildikdən sonra Amerika Dərin dövləti Moskvanı hədəf aldı. Əgər Putin Çinlə bağlı geri addım atsaydı, Rusiya hədəf olmayacaqdı. Mayk Pompeo, Stiv Bennon, Cina Haspel, Cim Mettis və Robert Müller də Çarlz Kokun hər qərarını qeyd-şərtsiz yerinə yetirir.

Ancaq bunu da bilmək lazımdır ki, Çarlz Kok və ailəsi heç vaxt şəxsi qərar qəbul etmirlər. Şəxsi işlərini heç vaxt Dərin Dövlərlə bir yerə gətirməzlər. Çarlz Kok Respublikaçılar arasındakı çəkişməni bitirən şəxs kimi tanınır. Bu belə Kok ailəsinin əsl gücünü anlamaq üçün kifayət edir. Çünki Demokratlara görə Respublikaçılar həmişə qarşıdurma içində olublar. Ancaq Çarlz Kokun “Tək güc Amerika” şüarı yeni bir dövrün əsasını qoydu.

Bu dövrün davam etməsi üçünsə Çin nəzarət altına alınmalı idi. Müharibə də, sui-qəsdlər və maliyyə əməliyyatları da bunun üçün idi. Koronavirusla birlikdə bu ehtimal da artdı.

Lakin yalnız koronavirusla nəticə əldə etmək asan deyil. Kok ailəsi bunu ən yaxşı bilirdi. Cef Bezos çox zəngin, güclü və ağıllıdır, amma Çarlz Kokun sözündən heç çıxmır. Hətta Lerri Ellison da zaman-zaman müəyyən faktları qəbul etməsə də, Çarlz Kokun qərarlarına əməl edərdi. Yəni “Oracle”ın sahibi olsanız da, bu vəziyyət dəyişməz. Bu, bir çox varlı insana aiddir. ABŞ-da varlı olmaq üçün seçilmək lazımdır. Lakin zəngin qalmaq üçünsə sədaqət tələb olunur. 20 il əvvəl “Forbes”in zənginlər ailəsinə baxsanız, sədaqətsiz insanların necə yox olduqlarını görə bilərsiniz. İndi isə bu sistem artıq Çinlə böyük müharibə içindədir.

Dünyada, o cümlədən Türkiyədə baş verənləri anlamaq üçün bu ünvana baxmaq lazımdır. Vəzifələr bu ünvandan paylanılır. Bəziləri kəşfiyyat rəisi, biri iş adamı, kimisi nəhəng proqramçı, başqa bir isə prezidentdir. Ancaq heç kim bu cizgidən kənarda qala bilməz.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır / Foto

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı dekan imiş

Xoşqədəmlə Doğuş sərt karantin rejimində "Azərbaycan səyahəti" - Video

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Restoran və kafelərlə bağlı Baş Nazirdən mühüm qərar

"EGE Hospital"da rəzalət: Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı

Ermənistan bir “raket”lə həm İsraili, həm Azərbaycanı “vurur”…

"İnsanlara həqiqəti demək lazımdır" - Baş infeksionist

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

"Özü qudurğandır, ona görə elə yazıb" - Xalq artisti qəzəbləndi

loading...

Ən çox oxunanalar