Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib...
PİA.az-ın xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.
“Danimarka Krallığının Milli Bayramı olan Konstitusiya Günü münasibətilə əmimi-qəlbdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost Danimarka xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq diləyirik”.
pia.az