Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya hökumətinə qarşı yeni sanksiyalar: "Sezar qanunu"nu hətta prezident də ləğv edə bilməz

Devid Adesnik

“Əl-Ərəbiyyə”, 03.06.2020

Cəmi iki həftə ərzində Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşı ən sərt sanksiyalar qüvvəyə minəcək. ABŞ Maliyyə Nazirliyinin qara siyahısından kənarda qalmaq istəyən heç bir firma, xüsusilə tikinti, neft və aviasiya sektorlarında çalışanlar rejimlə iş görməyi planlaşdırmamalıdır.

ABŞ prezidenti Donald Tramp sanksiyalara dair qanunu keçən ilin dekabr ayında imzalayıb, ancaq 6 aylıq gözləmə müddətindən sonra o yalnız indi qüvvəyə minir. Sanksiyalar 55.000 cəsədin görüntüsünü çəkmiş suriyalı qaçaq hərbi fotoqrafın kod adını daşıyır. FBI-nin Rəqəmsal Sübut Laboratoriyası Sezarın fotolarını araşdırıb və onların həqiqi olduğu isbatlanıb.

Sanksiya analitikləri “Sezar qanunu”ndakı məhdudiyyətləri ABŞ-a aid olmayan vətəndaşlara və şirkətlərinə tətbiq olunduğu üçün “ikinci dərəcəli” qadağalar kimi təsvir edirlər, çünki “ilkin” sanksiyalar Amerika fiziki və hüquqi şəxslərinə tətbiq olunur. Bu fərq ciddi olmasa da, ikinci dərəcəli sanksiyalar onları xarici sərmayədarlar üçün əvvəlkindən daha həssas edir.

Bundan əlavə, Konqres sanksiyaları icbari edib, prezidentə hərəkət sərbəstliyi vermir. Sanksiyaların məcburi xarakteri, Ağ Evdə kim olmasından asılı olmayaraq, onu təhlükə altına qoyur.

Prezident Trampın rəhbərliyi altında ABŞ Xəzinədarlığı Suriyaya qarşı tətbiq edilən sanksiyaları gücləndirib, buna görə də, Əsədlə iş görənlərə rəhm gözləmək üçün heç bir səbəb yoxdur.

Firmalar koronavirus epidemiyasına görə ABŞ-ın Suriya rejiminə tətbiq etdiyi sanksiyaları yumşalacağını gözləməməlidirlər. İran COVID-19 pandemiyasının regional mərkəzinə çevrilsə də, Tramp administrasiyası demokrat senatorların və Avropanın yüksək səviyyəli dövlət rəsmilərinin Tehrana qarşı sanksiyaları yüngülləşdirmək çağırışlarını cavabsız qoyub.

Sanksiyaların yüngülləşdirilməsi İranın klerikal rejimini sabit valyuta ilə təmin edəcəkdi. HƏMAS və ya Livan “Hizbullah”ı kimi terror təşkilatlarını maliyyələşdirmək üçün ictimai səhiyyəyə investisiya qoymaq əvəzinə, bundan asanlıqla istifadə edə bilərdilər.

Bənzər bir məntiq Suriyaya da aiddir. ABŞ-da Suriya xalqı üçün dərin narahatlıq var, ancaq sanksiyalardan azad etmə üçün əhəmiyyətli dəstək yoxdur, çünki heç kim xəstəxanaları bombalayan və kimyəvi qazdan istifadə edən rejimin COVID-19-la mübarizə aparacağını gözləmir.

Bununla belə, sanksiyaları qaldırmadan İranSuriya xalqlarına kömək etmək üçün bir sıra yollar var. İranın vəziyyətində administrasiya Tehranın keçən il İsveçrə tərəfdaşları ilə tandemdə qurduğu ABŞ-ın humanitar ticarət üçün xüsusi bir kanal vasitəsi ilə Qərb tibb avadanlıqlarını ala biləcəyini vurğulayıb.

Suriyanın xüsusi ticarət kanalına ehtiyacı azdır, çünki istənilən idxalda acizdir. Əksinə, BMT-nin çoxmilyardlıq yardım proqramı COVID-19-la mübarizə və ya digər məqsədlər üçün kafidir. ABŞ hər il bu səyə yüz milyonlarla dollar töhfə verir.

Tehranın sanksiyaların yüngülləşdirilməsinə dair ümidi budur ki, demokratlar noyabrda keçiriləcək seçkilərdə Ağ Evə sahib olacaq. Sabiq vitse-prezident Co Bayden Trampın 2018-ci ildə çıxdığı İranla nüvə sazişində ABŞ-ın iştirakını bərpa edəcəyini söyləyib; müqavilənin şərtlərinə Tehran üçün geniş sanksiyalardan azad olma daxildir.

Əsəd İranın müştərisidir, ancaq Bayden nüvə sazişini canlandıracağı təqdirdə, Amerika təzyiqinin azalacağını gözləməməlidir. “Sezar qanunu” ikipartiyalı dəstəklə qəbul edilib. 3 il müddətində prosedur gecikmələri davam edib, yalnız senator Rand Pol ona ən çox maneə törədib. Vaşinqtonda döyüş artıq başa çatıb və “Sezar qanunu” qəbul olunub.

Əsəd rejimi Rusiyaİranın hərbi müdaxiləsi sayəsində bu günə qədər dağılmanın qarşısını alıb, lakin “Sezar qanunu” Vaşinqtonun Əsədin dağıntıya uğratdığı ölkəni yenidən qurmağa kömək etmək istəyənləri məsuliyyətə cəlb etmək əzmini əks etdirir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Suriya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar