Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi l oxunuşda qəbul edildi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb...

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 1050,1 milyon manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1709,2 milyon manat və ya 7,6 faiz çox icra təmin olunub.

Büdcənin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12853,8 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1303,9 milyon manat və ya 11,3 faiz çoxdur.

2019-cu il dövlət büdcəsinin xərcləri isə 25190,0 milyon manat proqnoza qarşı 24425,9 milyon manat və ya 97,0 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1694,3 milyon manat və ya 7,5 faiz çoxdur.

2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 milyon manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1974,5 milyon manat və ya 17,1 faiz çox), 9372,2 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 milyon manat və ya 4,8 faiz çox), 1524,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2019-cu ildə elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,5 faizi həcmində və ya 122,3 milyon manat vəsait yönəldilib ki, bu 2018-ci illə müqayisədə 4,5 milyon manat və 3,8 faiz çoxdur. Təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində və ya 2489,8 milyon manat vəsait yönəlib ki, bu 2018-ci illə müqayisədə 272,9 milyon manat və ya 12,3 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində və ya 948,2 milyon manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 71,9 milyon manat və ya 8,2 faiz çoxdur.

Hesabat ilində sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,8 faizi həcmində və ya 2401,0 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 60,1 milyon manat və ya 2,6 faiz çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2243,1 milyon manatı və ya 98,3 faizi sosial müdafiə (2018-ci illə müqayisədə 123,5 milyon manat və ya 5,8 faiz çox), 38,0 milyon manatı və ya 1,7 faizi sosial təminat (2018-ci illə müqayisədə 6,8 milyon manat və ya 21,9 faiz çox) xərclərinə yönəldilib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Milli Məclis


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır 

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı - Təfərrüatlar

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi

Elmar Məmmədyarov danışdı: "Mənim istefa verməyimə gəlincə..."

Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı

Sabahdan karantin rejimi daha da sərtləşdiriləcək

İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama

Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama

Azərbaycanda bankda kütləvi yoluxma — 50 nəfər karantinə alındı

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi

loading...

Ən çox oxunanalar