Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təşkilatlanmış xaosun hədəfləri: Son əməliyyatların hədəfi Tramp ola bilərmi?..

Elə görünür ki, ABŞ Dərin dövlətinin görünən simalarından biri olan Böhran Qrupu Trampın terror təşkilatı adlandırdığı “Antifa”nı qoruyur ABŞ Prezidentinə qarşı mütəşəkkil bir xaos əməliyyatı aparır...

Arslan Bulut

“Yeniçağ” qəzeti, Türkiyə, 5 iyun 2020-ci il

Təsisçiləri arasında Corc Soros, Morton I. Abramoviç və Stefen Solarsın da olduğu Beynəlxalq Böhran Qrupu adlı bir təşkilat 25 ildə ilk dəfə olaraq ABŞ daxilində artan xaosla əlaqədar bir hesabat yayımlayıb.

Hesabatda qısaca deyilir:

“Ötən yarım əsrdə Böhran Qrupu dünyada baş verən qarşıdurmaları və böhranları təhlil edərkən nə edilə biləcəyi ilə bağlı müəyyən təcrübələr qazandı. Təəssüf ki, Vaşinqtonun hazırkı rəhbərliyi görülməməli olan bütün işləri həyata keçirirlər. Tramp Administrasiyası ABŞ-ın öz xalqı ilə silahlı toqquşmaya girişdiyi və bəzi siyasi fraksiyaların düşmən kimi qəbul edildiyi ritorikadan əl çəkməli, cinayətkarları məsuliyyətə cəlb etməli, islahat çağırışı edən yerli məmurları və rəhbərlərini dəstəkləməli və əgər gələcəkdə bənzər böhranların qarşısını almaq istəyirsə, polis zorakılığı ilə yanaşı, irqi ayrıseçkiliyə son qoymaq üçün də müəyyən addımlar atmalıdır”.

ABŞ-dakı hadisələr bütün dünyaya təsir edəcək nəticələr doğura bilər. Bu baxımdan, 140 şəhərdə eyni vaxtda başlanan və təkcə bu cəhəti ilə belə ciddi təşkilati işə bənzəyən aksiyaların arxasında duran gücün həqiqi hədəfini araşdırmaq lazımdır.

Məruzədən belə nəticəyə gəlinir ki, tədbirləri təşkil edən “Antifa” təşkilatı qorunur. Eynilə İdlibdəki HTŞ təşkilatına sahib çıxdıqları kimi.

“Vaşinqtonun hazırkı rəhbərliyi” ifadəsi də çox mənalıdır. Bəli, seçki yaxındır, amma bu açıqlama ilə Vaşinqtondakı rəhbərliyin tezliklə dəyişəcəyi ehtimal edilir.

Dünyadakı inqilabların və Ərəb baharı təşkilatının arxasında ABŞ-ın olduğu məlumdur. Belə bir təşəbbüsün Sorosun Açıq Cəmiyyət İnstitutu vasitəsilə maliyyələşdirildiyini və Yuqoslaviyanı yaymaqda istifadə edilən “Otpor” təşkilatının bu ölkələrdə çoxaldığını hər kəs bilir.

Soros və onun təşkilatları, hətta ABŞ prezidentinin belə nüfuz edə bilmədiyi bir qüvvəni təmsil edir? Onda belə çıxır ki, ABŞ Dərin dövlətinin görünən simalarından biri olan Böhran Qrupu Trampın terror təşkilatı adlandırdığı “Antifa”nı qoruyur və prezidentin dəyişəcəyini düşünürsə, o zaman ABŞ Prezidentinə qarşı mütəşəkkil bir xaos əməliyyatı aparılır.

Bu, ilk hədəfdir. ABŞ Dərin dövləti Yeni Dünya Sisteminə keçmək üçün qərar verən kapital dairələri ilə birlikdə işə ABŞ-dan başlayıb. Bu da Nejat Eslenin hadisələri “Amerika baharı” adlandırmasını təsdiqləyir.

Anadolu Agentliyi “Antifa” hərəkatı ilə bağlı bir xəbəri diqqətə çatdırıb. Məlumata görə, Türkiyə Polis Akademiyası 18-20 iyun 2019-cu il tarixində İzmirdə təşkil edilən “Xarici Terrorçu Döyüşçülər - Geri Dönənlər” adlı beynəlxalq toplantıda “Antifa” məsələsi ilə bağlı xəbərdarlıq verib.

Polis Akademiyasının mövzuya dair hesabatında PKK/YPG-nin “Beynəlxalq Azadlıq Batalyonu” adı altında xarici döyüşçülər yetişdirdiyi və bu quruluşun Qərbin anti-faşist və anarxist təşkilatlar tərəfindən müxtəlif dillərdə onlayn olaraq dəstəklənib, müdafiə edildiyi bildirilir.

Yenə “Anarxist Mübarizə” adlı bir qrupun yaradıldığı qlobal səviyyədə anarxist zorakılığı başlatmağı hədəfləyən təşkilatın Qərb ölkələrindəki terrorçu namizədlərdən ibarət olduğu bildirilib.

İraqda və Suriyada istifadə olunan bu cür qruplar ABŞ-ın daxilindəki ABŞ-ın Dərin dövləti tərəfindən ortaya çıxarılıb. Tramp isə bu məsələni “müharibə’ hesab edir və ordunu küçələrə göndərir. Yəni nəticəni ordu müəyyənləşdirəcək.

Türkiyədə də istənilən müqavimətə qarşı silahlı dəstələri qurulması ilə bağlı müxalifət xəbərdarlıq edir. Görəsən, Polis Akademiyası bu barədə hesabat hazırlaya bilərmi?

Bundan əlavə, “gözətçi rejimi” barədə yenə müxaliflər tərəfindən “yeni rejim gözətçiləri” kimi qiymətləndirmələr də aparılır. Amma iqtidarın “müsahibə ilə qəbul etmək” hesabı heç uyğun gəlməyə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar