Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq federasiya prezidenti Azərbaycanın yarım milyon dollarını mənimsəyib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın vaxtında müsbət çıxan 40 dopinq-testin nəticələri gizlədilib...

Report-un xəbərinə görə, bu barədə məlumat onunla bağlı aparılan istintaq araşdırmasının nəticəsində əksini tapıb.

Qeyd olunub ki, macarıstanlı funksionerin rüşvət qarşılığında müdafiə etdiyi həmin idmançıların bəziləri hətta dünya çempionatları və digər beynəlxalq yarışlarda medallar qazanıblar. Bu məlumat sonrakı araşdırma üçün Ümumdünya Antidopinq Agentliyinə göndərilib.

İstintaqı aparan kanadalı müstəntiq Riçard Maklarenin sözlərinə görə, maliyyə sənədlərində IWF-yə daxil olan 10,4 milyon ABŞ dollarının hansı istiqamətdə xərcləndiyi qeyd olunmayıb. Hesabatda göstərilən ən böyük cərimə Azərbaycan Ağır Atletika Federasiyasının ödədiyi 500 000 ABŞ dollarıdır.

Məlumat üçün deyək ki, həmin vəsait 2014-cü ildə Azərbaycanın doqquz idmançısının qanında qadağan olunmuş maddə aşkarlandığı üçün IWF-nin hesabına köçürülüb. Lakin bu məbləğ ali qurumun sənədlərində əksini tapmayıb.

Bundan əlavə, T.Ayanın Taylanda səfəri zamanı 18 nağd ödəmə yolu ilə ümumilikdə 440 000 ABŞ dollarından çox pul topladığı bildirilir.

Funksioner, həmçinin, prezident seçkilərində qalib olmaq üçün müxtəlif səlahiyyətli şəxlərə rüşvət verməkdə ittiham edilir. İddiaya görə, o, təkcə özü deyil, İcraiyyə Komitəsinə seçilməli olan tərəfdarları üçün də rüşvət təklif edib.

Barəsindəki ittihamları rədd edən T.Ayan IWF-dəki maliyyə məsələlərinin Direktorlar Şurası tərəfindən qanuni əsaslarla idarə olunduğunu bildirib. O, ömür boyu qanunlara, yazılmış və yazılmamış qaydalara, idman prinsiplərinə hörmət etdiyini vurğulayıb. Macarıstanlı funksioner, həmçinin, Maklareni ittihamlara tam cavab verməsi üçün onu kifayət qədər məlumatlandırmamaqda günahlandırıb.

Qeyd edək ki, Tamaş Ayan yuxarıda sadalanan səbəblərə görə aprelin ortalarında IWF prezidenti vəzifəsindən tamamilə uzaqlaşdırılıb.

pia.az


Etiket: Tamaş Ayan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar