Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ay millət, 48 saat evdə oturacağıq...”

Kimə bəla, kimə sərvət, kimə mırt...

2011-ci ildə Eric Yuan adlı bir nəfər San-Xose şəhərində “Zoom Video Communications” adlı şirkət qurdu. 2017-ci ildə şirkətin bazar dəyəri ilk dəfə 1 mlrd. dollara çatdı, bu günə isə şirkərin bazar dəyəri 50 mlrd. dolları keçib. Pandemiya zamanı şirkətin səhmləri 480% yüksəlib, qurucusu olan Eric Yuanın sərvəti 10,7 mlrd. dollar təşkil edir. Halbuki, bu qaqaş şirkəti cəmi 10 mln. dollarla qurmuşdu.

XalXın uşaqları azad ölkələrdə şirkət qurur, platforma yaradır ki, insanlar öz fikirlərini bölüşsünlər, bununla böyük sərvət qazanırlar, bizimkilər isə azad olmayan ölkədə Zooma girib ağıllı fikirlər, tezislər yaymaqdansa səy-səy danışıb, onu-bunu söyürlər.

XalXın uşaqları ilkin dəyəri cəmi bir neçə min dollar olan facebook yaradıb sonra onun dəyərini 230 mlrd. dollara çatdırdılar, azad olmayan ölkələrin sakinləri üçün keyfiyyətli platforma yaratdılar, bizimkilər isə facebook-a girib oxumadan şərh yazırlar, izləmədən söyüş söyürlər, maraqlı fikir yazanda müzakirə etmirlər, amma “lyuboy” mırt həmən gündəm olur.

Ay millət, 48 saat evdə oturacağıq, gəlin facebook-u ciddi müzakirə platformasına çevirmək üçün bu 2 sutkadan istifadə edək. Kiminsə "tırkasına" deyil də, öz dünya görüşmüzə, maraqlı elmi araşdırmalara istinadən yazılar yazaq, müzakirələr açaq, bir-birimizə hörmətlə yanaşaq, təhqirləri, söyüşləri yığışdıraq. Necədi?!

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar