Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Əsgərov Prezidentə müraciət etdi

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov ölkə başçısına müraciət edib...

PİA.az xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan mülki aviasiyasına yüksək diqqət və daimi qayğı göstərdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Peşə bayramımız münasibətilə bir qrup mülki aviasiya işçisinin mükafatlandırılması barədə bu yaxınlarda imzaladığınız Sərəncam kollektivimiz tərəfindən yüksək minnətdarlıqla qarşılandı.

Sizin adınız Azərbaycan mülki aviasiyasının ən yeni tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində həyata keçirilən qlobal dəyişikliklər Azərbaycan mülki aviasiyasını dünya hava daşımaları sahəsində yüksək səviyyəyə qaldırıb.

Aviasiyaya göstərdiyiniz daimi qayğınız sayəsində ölkəmizin hava daşımaları sahəsi gələcəkdə də inkişaf edərək Azərbaycan iqtisadiyyatının çiçəklənməsini və müvəffəqiyyətini təmin edəcək. Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir.

Möhtərəm cənab Prezident, mülki aviasiyanın inkişafı məqsədilə gördüyünüz tədbirlərə görə Azərbaycanın çoxminli aviator kollektivi adından və şəxsən öz adımdan Sizə səmimi və dərin minnətdarlığımı bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycanın işıqlı gələcəyi naminə yeni nailiyyətlər arzu edirəm”.(Yenisabah.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar