Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni nizamı kimlər quracaq? - ABŞ-İngiltərə, yoxsa İngiltərə-Çin?...

FED artıq Çinin tərəfindədir: Dərin ABŞ bu məsələdə hansı addımı atacaq?..

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 23 iyun 2020-ci il

ABŞ da, İngiltərə də qarışıq vəziyyətdədir. Küçələrinə nəzər saldıqda bunu başa düşmək elə çətin deyil. Hər iki ölkə yeni sistem üçün mübarizə aparır və bu da heykəllərin vəziyyətindən, meydanlardan açıq şəkildə görünür. Belə bir iqlimdə, əvvəllər də tez-tez dediyim kimi, Pompeo önə çıxır. Vaşinqtonun idarəsi demək olar, onun əlindədir.

Atası Veyn Pompeonun qətli ABŞ Dövlət Katibi Pompeonu çox sarsıdıb. Bununla birlikdə, Pompeo istənilən halda öz bacarığı və ağlı ilə ölkəsi üçün çox vacib qərarlar qəbul etməyi bacaran bir insandır. Onun son qərarı isə tarixin dəyişdirəcək bir addım idi.

ABŞ Çini yetişdirdi, Avropa Birliyi isə yaşatdı. Burası aydındır. İndi Almaniya Avropa Birliyindəki idarəsini yenidən bərpa edib və Çin üçün yenə ağır günlər başlayıb.

Pompeo: “Qərb demokratiyalarını təhdid edən Çindən asılı olmaq lazım deyil. Kim olduğumuzu inkar etməyəcəyik. Alternativ tapacağıq. Atoritar rejimlərə bağlı olan demokratiyalar bu adı almağa layiq deyillər. Avropa Birliyi bu sözlərimi ciddi qəbul etməlidir. Avropadan Çinlə bağlı daha çox açıqlama gəlməlidir”, deyib.

Ardınca Almaniya kansleri Merkelə zəng edən Pompeo: “Artıq Çinə qarşı addım atmalısınız. Sözləriniz daha da sərt olmalıdır. Çin məsələsi bizim üçün bağlanıb, sizin üçün də bağlanmalıdır”, deyərək təhdid edib. Bu məsələnin də üstündən keçildi.

Telefon danışığından sonra Merkel Avropa Birliyi liderləri ilə görüşüb. Merkel hər birinə: “Avropa Birliyi olaraq Çinlə danışacağıq. Çindən asılılıq dövrü bitdi. Hər kəs başqa alternativlər axtarmalıdır. Bu, Avropa üçün çox vacibdir. Əks təqdirdə, Avropa artıq “birlik' olmayacaq. Başqa variant da yoxdur”, deyə xəbərdarlıq edib. Elə görünür ki, Pompeo çox effektiv danışıb.

Dərin Amerika Avropa Birliyini parçalamaqda qərarlıdır. Ancaq buna baxmayaraq, Merkel vasitəsilə Pompeonun Avropa Birliyinin ən güclü adamı olduğunu gördük. Avropa Birliyinin ən güclü ölkəsi olan Almaniyanı öz əmrləri yönləndirən bu Pompeo Çini özü hədəfə qoyduğu kimi, Avropanın da hədəfinə yerləşdirdi.

Artıq Avropa üçün çətin günlər başlayıb. Bəlkə də, Merkel Rotşild ailəsi ilə çəkişən bir Baş nazirdir, ancaq Fransadan kənarda 20 Avropa Birliyi ölkəsi Rotşildlə yoluna davam edir. Bu, bilinən bir sirdir. Buna görə də bu vəziyyəti asanlıqla dəyişdirmək mümkün deyil.

Oktyabrda keçiriləcək Avropa Birliyi-Afrika Birliyi sammitində Pompeo bütün qitənin Çin ilə olan münasibətlərini tamamilə kəsməsini istəyəcək. Yəni bu durumu daha da kəskinləşdirəcək.

Rotşild ailəsi Çinin bütün maliyyə sistemini Aleksandr de Rotşildə verib.
Devid de Rotşildin oğlu olan bu gənc sima Yakob Rotşildin ən etibarlı adamlarından biridir. Ailənin 7-ci nəsil üzvü və qlobal maliyyənin lideri Aleksandr de Rothşild Dərin Amerikanın çəkindiyi insanlardan biridir. Yəni Çin, İngiltərə və ya ABŞ tərəfdən baxdıqda bu müharibənin tərəfləri bəllidir.

2 ildir ailənin maliyyə işlərinə rəhbərlik edən Aleksandr de Rotşild Çindəki ailələrlə apardığı toplantılarda mümkün hücumlardan danışıb. Aleksandr de Rotşild ABŞ-dakı küçə etirazlarını və iğtişaşları bəhanə edərək bir çox Amerika şirkətinin onlarla birhə addımlayacağını qeyd edib.

İlk addım “Apple” şirkətindən gəlib. “Apple” ABŞ-dakı hadisələrin böyüməsi və Covid-19 pandemiyasını bəhanə edərək Florida, Şimali Karolina, Cənubi Karolina və Arizonadakı 11 mağazanı bağlayıb. Əgər bunu yoluxanlara görə etsəydi, Nyu-Yorkdakı mağazasını da bağlayardı. “Apple” ABŞ-dakı mağazalarını bağlayarkən, demək olar ki, Çindəki bütün mağazalarını açıb. Bu çox vacib bir həmlə idi.

Dərin Amerika üçün hesabat hazırlayan analitiklər:

“Əgər Rotşild ailəsinin həyat damarını kəsmək istəyirsinizsə, FED-i Londondan qoparmalısınız. Əks halda Rotşild ailəsi həmişə güclü qalacaq.
Pandemiya müddətində trilyonlarla dollar çap edən FED ailə şirkətini uçurdu”, deyir.

Dərin Amerika Rotşild ailəsinin pulla olan əlaqəsini tam kəsə bilməyib. Zərər versə də, tamamilə ləğv edə bilmir. ABŞ Maliyyə Nazirliyi də pandemiya prosesində FED-in daha güclü olması üçün yeni qanunlar irəli sürüb. Dərin Amerika nə ABŞ Maliyyə Nazirliyini, nə də FED-i zəif addımlarla qorxuda bilər. Bu göz qabağındadır.

FED iyunun əvvəlində açıqladığı hesabatda: “ABŞ və Çin arasındakı gərginlik bazarlara mənfi təsir göstərir. Lakin ABŞ bu prosesdə Çindən daha çox zəifləyəcək. Çünki Amerika xalqının gücü azalır, işsizlik artır”, deyib. Yəni Pekin kimi danışıb. FED də açıq şəkildə Çinin yanında olduğunu göstərdi.

Dərin Amerika FED məsələsində bir addım atmasa, Çin sistemdə həmişə güclü qalacaq.

Rotşild ailəsi isə Aleksandr de Rotşildi həm Çinin maliyyə sistemində qərar qəbul edən bir qüvvə təyin edib, həm də FED-i səhnə arxasından bu şəxsə əmanət edib. Hətta deyə bilərik ki, FED-in rəhbəri də Aleksandr de Rotşilddir. Bütün bunlar baş verərkən may ayının son həftəsində Dərin Amerika yenidən işə düşüb və MKİ-dən Aleksandr de Rotşildin ətraflı hesabatını istəyib. Bu tələb müharibənin daha da yüksək həddə çatacağına işarə edir və görünür, mübarizə daha da şiddətli olacaq.

Əvvəl də qeyd etdiyim kimi, ya ABŞ-İngiltərə, ya da İngiltərə-Çin ya da ABŞ təkbaşına yeni bir sistem quracaq. Bütün vəziyyət bundan ibarətdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar