Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Çinə qarşı strateji müharibə apardığı zamanda Avropa qapılarını Çinə açır - Nələr olacaq?.. 

Avropa Birliyi ilə Çin arasında əməkdaşlığın dərinləşməsinin dünyaya, o cümlədən ABŞ və Rusiyaya hansı təsirləri və əks təsirləri ortaya çıxa bilər?.. 

Politoloq: “Avropa artıq “Soyuq müharibə” dövründəki Avropa deyil. Avropanın ABŞ-la münasibətlərində çoxlu ziddiyyətlər meydana gəlib”.

“Çin və Avropa həm Rusiyaya, həm ABŞ-a qarşı dayanmaq üçün bir mərkəzdədirlər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Avropa Birliyi ilə Çin arasında dərinləşən əməkdaşlığın dünyaya mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa Birliyi Çinlə yeni əməkdaşlığın qapısını açır. Bu barədə danışan Avropa Birliyi yetkililəri bildiriblər ki, onlar üçün Çinlə əməkdaşlığı genişləndirmək xüsusi strateji əhəmiyyət daşıyır. Bu zaman Avropa Birliyi yetkililəri Çində insan haqqlarının kütləvi şəkildı pozulması ilə bağlı məsələlərin ikinci plana keçə biləcəyinə də eyham vurublar. Çinlə bağlı Avropa Birliyi ölkələri ABŞ-ın təzyiqlərindən çıxış edərək bir qədər fərqli siyasət yqrüdsələr də ümumilikdə Avropa Birliyi Çinlə bütün sahələr üzrə əməkdaşlığı strateji səviyyəyə qaldırmaqda israrlı görünməkdədir.

ABŞ-ın Çinin təsirinin böyüməsinə qarşı müharibə apardığı bir zamanda Avropa Birliyinin qapılarını Çinə açmasını hansı geostrateji və geosiyasi səbəblərdən dəyərləndirmək olar və Avropa Birliyinin Çinlə dərin siyasi-iqtisadi əməkdaşlığa getməsi Rusiya cəbhəsində necə dəyərləndirilə bilər? Ümumilikdə Avropa Birliyi ilə Çin arasında əməkdaşlığın dərinləşməsinin dünyaya, o cümlədən ABŞRusiyaya hansı təsirləri və əks təsirləri ortaya çıxa bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Hazırda Çin pandemiyadan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır”.

Çinin ABŞ-ın baykot etdiyi, tanımadığı, üzvlük haqqı vermədiyi bəzi beynəlxalq təşkilatlarda ABŞ-ın yerini tutmağa çalışdığını vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, yoxsul ölkələrə, xüsusilə də Afrika ölkələrinə pandemiya ilə mübarizə üçün Çinin humanitar yardımlar, pul göndərməsi Pekinin beynəlxalq siyasətin əsas aktyorlarından birinə çevrildiyini göstərməldədir. Çin bu jəmlələri ilə beynəlxalq arenada öz mövqeyini gücləndirməyə və ABŞ-ın yerini tutmağa çalışır:

“Pandemiyaya qədər də Avropa ilə Çinin arasında çox yüksək münasibətlər var idi. Bu münasibətlər xüsusilə iqtisadiyyat, siyasət sahəsində yüksək idi. Buna misal olaraq da ABŞ-ın bütün ciddiyəti ilə mane olmağa çalışmasına baxmayaraq, Avropa İttifaqı ilə Çin arasında həyata keçirilən “Böyük İpək Yolu” layihəsini misal göstərə bilərik. “Böyük İpək Yolu”demək olar ki, yer kürəsinin yarısını əhatə edir. “Bir Qurşaq Bir Yol” layihəsi də yer kürəsi əhalisinin 60 faizdən çoxunun yaşadığı ölkələrdən keçib gedir. Yəni Çindən İspaniyaya, Sakit Okean sahillərinə qədər əraziləri əhatə edən böyük layihələr Çini və Avropanı birləşdirir.

Əlbəttə ki, koronavirus məsələsi Çin-Avropa münasibətlərinə mənfi təsir göstərə bilər. Dünyanın bütün ölkələri kimi, yəni ABŞRusiya kimi Avropa da koronavirusun yayılmasına görə Çini ittiham edirdi. Amma Avropa ölkələri ABŞ qədər Çinin üzərinə getmədi. Avropa ABŞ-a münasibətdə koronavirusun Çindən Avropaya yayılmasını sakit qəbul etdi. Bildiyimiz kimi Çin Avropa ölkələrinə koronavirusla mübarizə aparmaq üçün humanitar yardımlar göndərdi. Bu da Çinlə münasibətləri normal səviyyədə saxlamaqda Avropaya kömək etdi.

Hazırda Çin pandemiyadan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Yəni Çin ABŞ-ın baykot etdiyi, tanımadığı, üzvlük haqqı vermədiyi bəzi beynəlxalq təşkilatlarda ABŞ-ın yerini tutmağa çalışır. Eyni zamanda da yoxsul ölkələrə, xüsusilə də Afrika ölkələrinə pandemiya ilə mübarizə üçün Çinin humanitar yardımlar, pul göndərməsi Pekinin beynəlxalq siyasətin əsas aktyorlarından birinə çevrildiyini göstərməldədir. Çin bununla beynəlxalq arenada öz mövqeyini gücləndirməyə və ABŞ-ın yerini tutmağa çalışır.

Nəzakət Məmmədova: “Trampın hakimiyyətdə olduğu dövrdə Çin-ABŞ münasibətlərinin yaxşılığa doğru dəyişəcəyini demək mümkün deyil”.

Artıq Çinlə ABŞ arasında qarşıdurma var və bu qarşıdurma kifayət qədər yüksək həddədir. Bəlkə də dünyada ən güclü qarşıdurma ABŞ-Çin qarşıdurmasıdır. Hətta ABŞ-Rusiya qarşıdurması ikinci plana keçib. Çin ABŞ tərəfindən daha önəmli rəqib kimi görünür. Tram Adminstrasiyası da Çini özünün ən birinci rəqiblərindən biri elan edib. Bu baxımdan Çin-ABŞ arasında olan gərginliyin səbəbləri də aydındır. Trampın hakimiyyətdə olduğu dövrdə Çin-ABŞ münasibətlərinin yaxşılığa doğru dəyişəcəyini demək mümkün deyil. Yenə də ABŞ-Çin münasibətləri ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra bəlli olacaq. Əgər Tramp yenidən prezident seçilərsə, ABŞ-Çin münasibətləri olduqca gərgin mərhələyə keçəcək. Lakin hesab etmirəm ki, Demokratların namizəsi belə qalib gələrsə, Çinlə münaaibətlər kifayət qədər mqrəkkəb və gərgin olacaq. Açığı deyim ki, Çin bu mübarizədən məmnun görünür. Çünki bununla Çinin dünyada ikinci güc mərkəzi olması özü-özlüyündən ortaya çıxır.

Heaab edirəm i, ABŞ-la gərgin mübarizəyə baxmayaraq, Avropa ilə Çin arasındakı münasibətlər yüksək səviyyədə qalmaqda davam edəcək. Çünki Avropa ABŞ-a qarşı müəyyən məsələlərdə Çini özünün müttəfiqi kimi görür. Eyni zamanda da heç bir pandemiya, heç bir virus Avropa ilə Çin arasında olan milyardlarla avroluq layihələri arxa plana ata bilməz.

Amma onu da qeyd edim ki, Çin öz təsirini Afrika doğru genişləndirərsə, yəni nüfuzunu Avropanın oradakı keçmiş müstəmləkələrinə doğru genişləndirərsə, bu zaman Çinlə Avropa arasında ziddiyət yarana bilər. Hər şey Çinin necə davranmasından və pandemiyanın nə vaxta qədər davam etməsindən asılıdır.

Məlumdur ki, koronavirusun ikinci dalğası Çində başlayıb və Çin bu dəfə buna görə Avropanı günahlandırır. Çin hesab edir ki, ikinci dalğa Avropadan gəlib.

Təbii ki, güc mərkəzləri, ABŞ-Çin, ABŞ-Rusiya, Çin-Avropa arasında ziddiyyətlər var. Lakin Avropa ilə Çin bəlkə də indi bir-birlərinə ən yaxın güc mərkəzləridir və bu iki güc mərkəzinin doğrudan bir-birlərinə ehtiyacları var. Çin və Avropa həm Rusiyaya, həm ABŞ-a qarşı dayanmaq üçün bir mərkəzdədirlər.

Nəzakət Məmmədova: “ABŞ-ın siyasi və iqtisadi hegemonluğuna qarşı Avropa-Çin ittifaqı davam edəcək və daha da güclənəcək”.

Doğrudur Çində insan hüquqlarına görə ABŞ Çinə sanskiya tətbiq edib. Amma Avropa üçün ticarət maraqları daha öndə gəlir. Çində insan haqları məsələsi ilə bağlı ola bilər ki, Avropa ayrı-ayrı qeyri hökümət, insan haqqları təşkilatları etiraz edib. Amma Avropa ölkəsi rəsmi surətdə Çinə qarşı hansısa sanksiya, hansısa təzyiq barədə düşünmür və bu tipli bəyanatları Avrppa Birliyinin rəsmilərinin dilindən eşitmirik.

Bir daha qeyd edim ki, ABŞ-ın siyasi və iqtisadi hegemonluğuna qarşı Avropa-Çin ittifaqı davam edəcək və daha da güclənəcək. Bu yolla həm Çin, həm də Avropa Birliyi geostrateji anlamda öz mövqelərini qoruyub saxlayacaqlar.

Əslində ABŞ istəyir ki, Avropanı Çinə qarşı istifadə etsin. Amma Avropa artıq “Soyuq müharibə” dövründəki Avropa deyil. Avropanın ABŞ-la münasibətlərində çoxlu ziddiyyətlər meydana gəlib. Bu gün Avropa ilə Çinin münasibətlərinin tərəfdarı olan çoxlu qüvvələr var. Çin də bunu bilir və bundan istifadə edir. Yəqin ki, gələcəkdə də istifadə edəcək”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar