Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada türk-ərəb qarşıdurması - Türkiyə koalisiyaya qarşı təkbaşına mübarizə apara biləcək?..

Türkiyənin Liviyada ona qarşı qurulan böyük koalisiyaya qarşı uğurlu mübarizə aparmaq üçün resursları və imkanları yetəcəkmi?..

Politoloq: “Legitimlik və beynəlxalq hüquq baxımından Türkiyə haqqlıdır. Çünki Türkiyə Liviyada BMT tərəfindən qəbul olunmuş hökuməti dəstəkləyir”.

“Təəssüflər olsun ki, Misir, Səudiyyə Ərəbistanı, Fransa və digər ölkələrin öz niyyətlərindən əl çəkmək fikirləri yoxdur. Həmin ölkələr Xəlifə Haftarı axıra qədər dəstəkləyəcəklər”.

Bu sözləri politoloq İlqar Vəlizadə Liviyada baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Liviya ətrafında gərginlik böyüməkdədir və regional güclərin Liviya uğrunda strateji mübarizələri pik səviyyəyə çatmaqdadır. Yayılan məlumatlara görə Misir Xəlifə Həftarı müdafiə etmək və Siirtin Türkiyənin dəstək verdiri Liviya Milli Həmrəylik Hökumətinin baş naziri Fayiz Sərrac qüvvələrinin əlinə keçməməsi üçün Liviyaya ordu yollayır. Misirin bu addımını Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də müdafiə edir.

Qeyd edək ki, müstəqil ekspertlərə görə Misirin Liviyada təkbaşına Türkiyəyə qarşı mübarizə aparması imkaznsız görünür. Bunun üçün Misirin, həm iqtisadi resursları yetərli deyil, həm də Misir ordusu Türkiyə ordusundan qat-qat zəifdir. Buna baxmayaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən, həmçinin İsraildən yardım alan Misir prezidenti Sisi Liviyaya ordu göndərməldə qərarlı görünür. Bu da təbii ki, Liviyada vətəndaş müharibəsinin türk-ərəb müharibəsinə çevrilmə ehtimalını böyüdüb.

Bu durumda Ankara həddindən artıq soyuqqanlı görünsə də, əslində regionun gələcəyini şəkilləndirəcək prosseslər artıq Suriyada deyil, Liviyada davam etdirilir və Türkiyə rəhbərliyi də bunun fərqindədir. Ankara siyasi iradə nümayiş etdirərək, Liviyadan çəkilməyəcəyini hər kəsə bəyan edərkən, Liviyada xarici dövlətlərin ordularının birbaşa müharibəyə girməsi ehtimalı da güclənir.

Digər tərəfdən Fransa və Rusiyada Türkiyənin Liviyada mövqelərinin möhkəmlənməsindən narahat olaraq Liviyada aktivləşiblər. Bu da Liviyadakı mürəkkəb vəziyyəti daha da mürəkkəbləşdirir. Liviyada güc nümayiş etdirən regional güclərin son hədəflərinin Şərqi Aralıq dənizinin qaz ehtiyyatlarına sahib olmaq olduğunu da nəzərə alarsaq, onda vəziyyətin nə qədər mürəkkəb və qorxulu olduğu da aydın olur. Bütün hallarda Liviyada Türkiyəyə qarşı böyük koalisiyanın formalaşdığı müşahidə olunmaqdadır.

Bəs Liviyada hadisələrin inkişafını necə proqnozlaşdırmaq olar və Türkiyənin Liviyada ona qarşı qurulan böyük koalisiyaya qarşı uğurlu mübarizə aparmaq üçün resursları və imkanları yetəcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Liviyadakı qeyri-müəyyən vəziyyət hələ bir qədər davam edəcək”.

Bir çox ölkələrin Liviyada strateji maraqlarının olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Türkiyədən başqa demək olar ki, digər ölkələr Xəlifə Haftarı dəstəkləyirlər, lakin onların Liviyada olması beynəlxalq hüquqa uyğun deyil:

“Legitimlik və beynəlxalq hüquq baxımından Türkiyə haqqlıdır. Çünki Türkiyə Liviyada BMT tərəfindən qəbul olunmuş Milli Həmrəylik Hökumətini dəstəkləyir. Türkiyə qoşunları Liviyaya Sərracın başçılıq etdiyi qanuni və legitim hökumətin dəvəti ilə gəlib. Türkiyə Liviyada qarşılıqlı əməkdaşlıq səviyyəsində hüquqi baza əsasında fəaliyyət göstərirlər. Yəni iki ölkə arasında ikitərəfli hərbi saziş var. Bu saziş də beynəlxalq normalara uyğun tərtib olunub. Buna görə də Türkiyənin Liviyada legitim fəaliyyəti barədə heç kəsdə şübhə ola bilməz.

Amma bir çox ölkələrin Liviyada maraqları var. Türkiyədən fərqli olaraq həmin ölkələr Haftarı dəstəkləyirlər və onların Liviyada olması beynəlxalq hüquqa uyğun deyil. Bu dövlətlərin Liviyada olması Türkiyə və Sərracın da xeyrinə deyil. Təəssüflər olsun ki, Misir, Səudiyyə Ərəbistanı, Fransa və digər ölkələrin öz niyyətlərindən əl çəkmək fikirləri yoxdur. Onlar Türkiyəni Liviyadan çıxarmaq istəyirlər. Buna hörə də həmin ölkələr Haftarı axıra qədər dəstəkləyəcəklər.

İlqar Vəlizadə: “Başqa ölkələrin qüvvələrinin Liviyada çox olmasına baxmayaraq onlar real olaraq heç nə edə bilmirlər”.

Ümumiyyətlə Liviyada anlaşılmaz vəziyyət yaranıb. Çünki başqa ölkələrin qüvvələrinin Liviyada çox olmasına baxmayaraq, onlar real olaraq heç nə edə bilmirlər. Məlumdur ki, Liviyada daxili siyasi qrupların böyük hissəsi Sərracı dəstəkləyirlər. Son hadisələr və əməliyyatların nəticələri də onu göstərir ki, əslində Haftar uduzur.

Həmçinin də Haftar yaşlı və xəstə adamdır. Haftarın nə qədər yaşayacağı bilinmir. Amma o, hələ 1-2 il də bəzi qüvvələrin maraqlarını təmin edə bilər və mən heaab edirəm ki, Haftar hələ çox dövlətlərin işinə yaraya bilər.

İş orasındadır ki, Haftar olmayanda onun ordusunu bir arada tuta biləcək liser yoxdur. Yəni bilmək olmur ki, Haftarın ordusuna kim başçılıq edəcək bə bunadam həm daxildə, həm də xaricdə nə qədər qəbul ediləcək. Hətta məlum deyil ki, yeni liderə qəbilələr, yəni Haftara tabe olan tayfalar yeni başçıya tabe olacaqlar ya yox. Çox güman ki, Sərracın koalisiyası bu prosesi də hesablayıb və tayfa başçıları ilə danışıqlar da aparırlar.

Onu da qeyd edim ki, Liviyada indi baş verən proseslər onu göstərir ki, münaqişədə iştirak edən güclər vaxt qazanmaq istəyirlər. Vaxtın uzadılması da Türkiyənin xeyrinədir. Lakin Haftarın cıbhədə növbəti uğursuzluğu bu tayfa koalisiyasını dağıda bilər. Buna görə də Misir öz ordusunu Həftara köməyə göndərmək istəyir. Lakin inanmıram ki, bu çıxış yolu olsun və böyük güclər Liviyada Türkiyə-Misir müharibəsinə şərait yaratsınlar. Bu bölgədəki xaosun həddindən artıq böyüməsinə səbəb ola bilər və xaos başqa ərazilərə də sıçraya bilər. Ona görə də Liviyada tərəflər vaxt qazanmağa çalışırlar və düşünürəm ki, Liviyadakı belə qeyri-mqəyyən vəziyyət hələ bir qədər də davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Liviya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar