Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus dünyada demokratiyanın dağılmasını sürətləndirdi...

Azadlıq arzusu dünyadakı ən böyük gücdür və bu gücdən inkişaf etməkdə olan avtokratiyaların qarşısını almaq üçün istifadə edilməlidir...

Anders Fogh Rasmussen

“The Independent” qəzeti, 25 iyun 2020-ci il

İngiltərə əsrlərdir ki, tərəfdaşları üçün etibarlı müttəfiq hesab olunur. Bununla birlikdə, son 5 ildə Avropa Birliyiyindən (AB) ayrılmaq üçün referendum və BREXİTin təsirinin “Whitehall”a yansıması Londonun bütün qabiliyyətini tükətdiyi üçün Britaniyanın xarici siyasəti, sanki, avtopilot vəziyyətindədir.

Honkonqa dəstək verən Rusiyanı G7-dən kənarda saxlamaq üçün israr edən və mütəşəkkil G7 qrupuna Hindistan, Avstraliya və Cənubi Koreyanın da gücünü əlavə edərək öncül, demokratik ölkələrdən idarə bir qrup olan D10-nu yaratmaq təklifini verən İngiltərə son həftələrdə bu anlayışı bütünlüklə dəyişdirməyə başlayıb.

“Westminster”in D10 ilə bağlı niyyəti müəyyən bir ortaq maraq ətrafında birləşməyi hədəfləyir. Misal üçün Çinin telekom şirkəti “Huawei”nin yaratdığı təhlükə ətrafında. Məqsəd demokratik dövlətlərin 5G şəbəkələrini qurmaq üçün çinli provayderlərə alternativ tapmaq üçün birlikdə işləməskdir.

İşə 5G ilə başlamaq çox yaxşı bir fikirdir, çünki bu sahədə risklər xeyli yüksəkdir. 5G problemi təkcə Çin dövlətinin mesajlarımızı gizli şəkildə izləyə bilməsi ilə bağlı deyil. Bu texnologiyanı kim mənimsəyəcəksə, süni intellektin və növbəti sənaye inqilabının norma və standartlarını təyin edən tərəf olacaq.

Çinin bu yarışda qalib gəlməsi, həm də gələcək nəsillərin qlobal qaydalar kitabının kommunist diktatura tərəfindən yazılacağı mənasına gəlir. Bu çərçivədə, İngiltərə hökumətinin 5G şəbəkəsinin hər hansı bir hissəsində “Huawei”nin roluna yenidən baxmaq hüququ var və bu da bir çox müttəfiqə nümunə olacaq qərardır.

Ancaq 5G D10-nun işə başlaması üçün həm yaxşı bir nöqtə təşkil etməyi, həm də daha həvəsli olmağı tələb edir. Üstəlik, qlobal demokratiyanın üzləşdiyi problemi həll etməyin vaxtı da gəlib çatıb.

II Dünya Müharibəsindən sonra qurulan çoxtərəfli qlobal sistem COVİD-19-dan əvvəl təzyiq altında idi. Rusiya kimi ölkələr qaydalar kitabını cırıb atarkən, Çin kimi revizionistlər bu kitabı yenidən yazmağa və çoxtərəfli sistemi öz xeyrinə uyğun şəkildə saxlamağa çalışırdılar. Amerika isə əksinə yaratdığı dünyanı tərk edərək ticarətdə və xarici siyasətdə özünü təcrid etməyə üstünlük verib.

COVİD-19 da bu tempi sürətləndirib. Bu xəstəlik arxasında dərin sosial və siyasi dəyişikliklər buraxacaq bir müharibəyə bənzədilib. Qərb ölkələri arasındakı bölünmələr və öz daxilindəki problemlərlə yanaşı, kövrək qlobal iqtisadiyyat avtokratik dövlətlər üçün münbit bir zəmin yaradır.

Tətbiq olunan avtokratik taktikalar müxtəlifdir. Məsələn, Ukraynaya edilən birbaşa hücumlar, Tayvan kimi ön cəbhə demokratiyalarına təzyiq göstərmək, saxta xəbərlər yaymaq, serverlərimizi sındırmaq, radikalları maliyyələşdirmək və s. Çinin seçdiyi silah isə strateji sərmayə qoymaq, yəni ölkənin qiymətli varlıqlarını satın alaraq bu dövlətin hökumətini Pekinin zorakılıqlarına əməl edəcək bir hala gətirməkdir.

Bu sözlər şişirdilmiş kimi görünürsə, onda Yunanıstana bir nəzər yetirin. Limanı Çin tərəfindən alındıqdan qısa müddət sonra Afina rəhbərliyi AB-nin Çində insan hüquqları ilə bağlı qınama səylərinə mane olmağa başlamışdı. Görünür, COVİD-19 -dan sonra Çinin ticarət çılğınlığının qarşısını almaq lazım gələcək.

Demokratiyalar ittifaqının qlobal demokratik nizamın parçalanmasının qarşısını ala biləcəyini düşünürəm. Vahid demokratik bir cəbhə olmadan pis adamlar demokratik dövlətlərə qarşı irəliləməyə davam edəcəklər. Əgər demokratiyalar bir-birinin yanında olsa, pis adamlar da geri çəkiləcəklər. Bu, 1930-1940-cı illərdə öyrəndiyimiz və Dünya Ticarət Mərkəzinə edilən hücumlardan “Salisbury” küçələrinə qədər dəfələrlə xatırladığımız bir dərsdir.

D10 ittifaqı yerləşmiş və perspektivli demokratiyalardan ibarət olacaq. Daha açıq ticarət və investisiya, kəşfiyyat və məlumat mübadiləsi inkişaf etməkdə olan demokratiyalara veriləcək birbaşa dəstək sayəsində azadlığın və demokratiyanın bərpa ediləcəyi qlobal ekosistem yaradacaq. Üstəlik, bu quruluş dünyanın çoxtərəfli qurumlarında - Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər qlobal orqanlardakı avtokratlara və diktatorlara qarşı vahid cəbhə yaradan bir mərkəz rolunu oynaya bilər.

İngiltərə öz Millətlər Cəmiyyətindən qazandığı təcrübəsini NATO-nun görkəmli üzvü olması və BMT Təhlükəsizlik Şurasındakı veto hüququ ilə birləşdirdiyinə görə bu ittifaqın inşası üçün uyğun bir mövqedə dayanır. Hər kəsin bildiyi kimi, İngiltərə Aİ üzvü olaraq daha çox təsirli ola bilərdi. Amma demokratiyalar ittifaqının davam etməsi ehtiyacı İngiltərəyə AB ilə olan əlaqələri üçün də bir fürsət yaradır. Bu günədək məsələ maliyyə xidmətləri, balıqçılıq və bazara çıxış olduqda İngiltərə ilə AB arasında fikir ayrılıqları da olub. Lakin müştərək dəyərlərin müdafiəsi ilə bağlı İngiltərə və AB ortaq bir zəmində qərarlaşmalıdır.

Yaxın tarixdə hazırlanmış Demokratiya Qavrama İndeksi ilə bağlı anket göstərdi ki, insanlar hələ də demokratiyaya inanır və hökumətlərindən daha çox demokratiya tələb edirlər. Bu azadlıq arzusu dünyadakı ən böyük güc olsa da, bu gücdən inkişaf etməkdə olan avtokratiyaların qarşısını almaq üçün istifadə edilməlidir. D10 təklifini inkişaf etdirən İngiltərə demokratik qüvvələri azadlıq yolunda birləşdirəcək bir mexanizm tapa bilər və BREXİT-dən sonrakı xarici siyasətində özünə yeni bir sahə yarada bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar