Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYB Kann Film Festivalı ilə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann Film Festivalına və Fransanın Azərbaycandakı səfirliyinə bəyanat ünvanlayıb...

PİA.az xəbər verir ki, bəyanatda erməni rejissorun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkdiyi filmin Kann festivalının proqramına salınmasına etiraz bildirilib.

Bəyanatda deyilir: “Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri tamamilə təhrif edir, separatçılığın təbliğinə əsaslanan status kvonun möhkəmlənməsinə xidmət edir”.

Bəyanatda diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağdakı qondarma qurumu tanımır: “Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddir. Biz Kann festivalı kimi mötəbər bir tribundan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etirazımızı bildiririk”.(Report)

pia.az


Etiket: AYB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar