Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 il cəzalandırılan azərbaycanlı idmançı danışdı

“Öz bildikləri kimi ediblər“ ...

“AMADA-nın mənim barəmdə çıxardığı 12 illik sanksiya qərəzlidir. Öz bildikləri kimi ediblər. Birinci cəzanı verməmiş, mənə ikincisini tətbiq ediblər”.

Bunu Oxu.Az-a ağır atletika üzrə idmançı Həsənbəy Həsənzadə (+109) deyib.

Ağırlıqqaldırandan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti ötən ilin martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

Lakin 20 yaşlı idmançı bu cəzanı qəbul etmir:

“2017-ci ilin yayında Şüvəlan qəsəbəsində milli komanda ilə toplanışda idim, Avropa çempionatına hazırlaşırdıq. Orda olan müddətdə yuyunub, kondisionerin altında yatdığımdan, bərk xəstələndim. Yığmanın həkimindən məni müalicə etməyini istədim.

O da mənə dedi ki, məndə dərman yoxdur. Ona görə də yığmanın baş məşqçisi ilə qərar alındı ki, yarışa getməyib, evdə müalicə alım. Dörd ay idi ki, öskürürdüm. Tanış həkim vardı, o mənə dedi ki, səndə artıq ağciyərdə pnevmoniya olmağa doğru gedir.

İnternetdən öyrəndik ki, oksandrin adlı dərman bu xəstəliyin müalicəsi üçün istifadə olunur. Atam həm də şəxsi məşqçimdir. Onda mənim 17 yaşım vardı. Bu dərmandan istifadə edib, 2018-ci ilin sentyabrında tam sağaldım.

Ötən ilin fevralın 9-da Azərbaycan çempionu oldum və mənə deyildi ki, test götürüləcək. AMADA məni yoxlayanda dopinq testdə oksandrolon maddəsindən istifadə etdiyim aşkara çıxdı. Dedilər ki, oksandrolon və oksandrin eyni tərkibli maddələrdir. Halbuki bizə laboratoriyada eyni xassəli maddələr olmasının təsdiqinə dair sübut təqdim olunmadı. Nə olsun ki, adlar oxşardır?! (əslində internetdə həmin maddələrin eyni tərkibli olmasına dair faktlar mövcuddur – S.M.)

Milli komandada olduğum müddətdə də AMADA bizə belə maddənin dopinq tərkibli olduğuna dair heç bir tədbir keçirməyib. Bir sözlə, buna görə mənə dörd illik sanksiya tətbiq olundu. Biz bu məsələ ilə bağlı vəkil də tutmuşduq. Sübutlar da təqdim etdik, qəbul edilmədi.

Mənə maraqlıdır ki, mənimlə eyni vaxtda dopinq test götürülən Orxan Zeynalovun dörd illik cəzasını elan etdilər (ötən ilin iyulun 11-də elan edilib – S.M.), mənimkini yubatdılar. Niyə axı?! Bir sözlə, mənə dörd illik cəza verildiyini bildirdilər, amma bunu rəsmi şəkildə təsdiqləmədilər”.

İdmançı ikinci dəfə dopinqə düşməsini belə əsaslandırıb:

“Universitetə hazırlaşırdım. Fikirləşdim ki, onsuz da dörd illiyə cəzalandırılmışam. Universiteti bitirərəm, həmin müddətdə də cəzamın müddəti bitər və idmana yenidən qayıdaram.

İkinci dəfə oktyabrın 12-də gəlib dopinq test götürdülər. Artıq idmanla məşğul olmurdum deyə, hansısa maddənin testdə görsənməsi normaldır. Əslində test vermək istəmirdim. Dedilər ki, verməsən, dopinqə düşmüş hesab ediləcəksən. Belədə ikinci dəfə də məni belə dopinqdə ilişdirdilər”.

O, İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə şikayət etmək istədiklərini bildirib:

“AMADA WADA-ya (Beynəlxalq Anti-Dopinq Agentliyi) tabedir. Onların qaydalarında da var ki, araşdırmanın nə qədər müddət getməsindən asılı olmayaraq, altı ay ərzində idmançının sanksiyası açıqlanmalıdır. AMADA da birinci cəzanın müddətini 8-9 ay uzatdı. Birinci cəzanı elan etməmiş, gəlib ikinci cəzanı verdilər. Nəticədə dörd il birinciyə, səkkiz il də ikinciyə görə cəza elan etdilər. 12 illik cəza isə dünyada görülməyib. Bu, bir ilkdir. O deməkdir ki, daha 30 yaşdan sonra idmana qayıtmalıyam. Bundan sonra idman nəyimə lazımdır?! Onsuz da dörd illik cəzalandırılanda bir az küsmüşdüm, idmana qayıtmamaq barədə düşünürdüm.

Fikrimiz var ki, İdman Arbitraj Məhkəməsinə AMADA-nın bu qərarından şikayət edək. Amma ora da şikayətin özü 1800 avrodur. AMADA-nın özünün qaydalarında var ki, əgər idmançının dopinqdən qəsdən istifadə etmədiyi müəyyənləşərsə, cəza yüngülləşdirilə və ya ləğv edilə bilər. Mən birinci dərmanı idmanda nəticəmi yaxşılaşdırmaq üçün yox, xəstəlikdən sağalmaq üçün istifadə etmişəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar