Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livan gözübağlı uçurumdan yuvarlanır...

Faktlar göstərir ki, küçələrdəki barikadalar yoxa çıxsa da, Livan hələ də gizli vətəndaş müharibəsi vəziyyətindədir...

Sam Mensa

“The Independent” qəzeti, 30 iyun 2020-ci il

Keçən yazımızda Livanda həqiqətən müxalifət adlandırılan və Prezidentin milli dialoq konfransına dəvət edilən liderlərin birləşib Livan hökumətinə Hizbullahın Baş Katibi Həsən Nəsrullahın son çıxışına qarşı olan münasibətinin nə olduğunu soruşmaqda istəkli olub olmayacağını təhlil etmişdik.

Nəsrullahın bu çıxışının əsas mövzusu dövlətə son gülləni atmaq və hökuməti ələ keçirmək istəyən qurucu və provotakiv bir bəyanat şəklində olduğunu yazmışdıq.

Təəssüf ki, gözləntilərimiz boşa çıxdı və baş nazirə gözlənilən sual verilmədi. Müxalifət konfransı boykot etdi və iştirakçılar eyni sözü təkrarlayan “ev sahibləri” ilə məhdudlaşdı.

Livan müxalifət qüvvələrinin əksəriyyəti problemlərə toxunmadan yenə başını quma basdırdı. Yeganə istisna konfransın yekun bəyannaməsi və qərarları ilə bağlı şərtlərini, Hizbullahın verdiyi vədləri yerinə yetirmədiyini və mövcud problemin əsas səbəbkarı olduğunu cəsarətlə dilə gətirən sabiq prezident Mişel Süleyman idi. Həmçinin, Dürzi lideri Vəlid Canpoladın nümayəndəsi, Demokratik Görüş Blokunun prezidenti, millət vəkili Timur Canpoladın mövqeyi də diqqətəlayiq idi.

Bunlardan başqa, müxalif cəbhədən gələn reaksiyalar içi hava ilə dolu olan boş söhbətlərdən ibarət idi. Təəssüf ki, Livan davasının ləğv olunduğunu və öz suverenliyini itirdiyini göstərən, rasional xilasetmə qərarları əvəzinə, qəsdən vətəndaş müharibəsi təhdidi ilə onsuz da itirilmiş sabitlik və daxili sülhlə bağlı yekun bəyannamə oxunduqdan sonra, sözügedən qaranlıq gələcəyin yaxın olduğuna artıq heç bir şübhə qalmadı.

Baabda Sarayındakı natamam və etibarsız dialoqun nəticəsi yalnız bir monoloqdan ibarətdir. Bu, Hizbullahın planlaşdırdığı və livanlıların əzablarını heç düşünmədən həyata keçirdiyi siyasətləri üçün boş bir kağıza atılan imzadır və ona boyun əyməkdir. Bu artıq onun silahının boyunduruğuna girmək deməkdir.

Həmin konfransın yekun bəyannaməsi öz mənası və təhlükəsi ilə Livan məsələsinin ləğvinin açıq elanıdır və qondarma dialoq konfransı keçirilməzdən əvvəl belə olacağı ehtimal edilirdi. Əks təqdirdə, Nümayəndələr Palatasının keçmiş rəhbəri və dövlət xadimi Hüseyni əl-Hüseyninin dəvət edilməməsini başqa necə izah etmək olar?

Bütün keçmiş prezidentlər və baş nazirlər dəvət edilərkən vicdanlı bir siyasətçi olan və silahlı Hizbullahın şiə dairələri üzərindəki nəzarətinə baxmayaraq, dini qrupu və vətəni daxilində etibarlı bir mövqedə olan Hüseyni əl-Hüseyninin çağrılmaması pis niyyətdən başqa necə izah edilə bilər? Belə müdrik və milli səsi susdurmaq cəhdi səhvən baş veribsə, bu fəlakətdir. Qəsdən edilibsə, daha böyük bir fəlakətdir.

İstənilən halda livanlıların əzablarını yüngülləşdirmək üçün keçən cümə axşamı Baabda Sarayından heç bir normal xəbər çıxmadı. Nəticələr və qarşıya qoyulan hədəflər sarayın həyətindəki nümayişçiləri susdurmadı və üfüqdə kiçik də olsa bir ümid yaratdı.

Hətta yekun bəyannamənin məzmunu nümayişçiləri hər zaman satqın kimi qələmə verən və qorxu yolu ilə azadlıqları boğaraq müxalif səsləri basdıran Hizbullahın mövqeyi ilə toqquşub.

Daha pisi də odur ki, bildirişi yazan xidmətçi bütün problemləri əziyyət çəkən insanların üzərinə yükləyirdi. Baabda Sarayındakı dialoq üçün edilən dəvət sabitlik və sülhü qorumaq adı ilə keçirilmişdi.

Bəs Livanda, həqiqətən qorunmalı olan bir daxili sülh varmı? Ölkə kövrək olsa da, qoruya biləcəyimiz bir sabitliyin mi kölgəsində yaşayır?

Faktlar göstərir ki, küçələrdəki barikadalar yoxa çıxsa da, Livan hələ də gizli vətəndaş müharibəsi vəziyyətindədir. Daxili sülh 90-cı illərdən bəri ardıcıl olaraq hökumətlər tərəfindən satılan bir illüziyadır.

Suriyanın işğalı bir tərəfdə ölkənin suverenliyinə xələl gətirib, digər tərəfdən isə Livanın ehtiyatlarını talan edən hərbi əməliyyatların kölgəsində bir daxili sülhə ehtiyac var. Bəs xarici ideoloji, mədəni, məzhəb və siyasi əlaltıları olan, dövlətdən kənar bir tərəfin kölgəsindəki daxili sülh necə qorumaq olar? Livanda cəmiyyətin toxumasını dəyişdirmək, bütün prinsipləri yavaş-yavaş aradan qaldırmaq, müasir və mədəniyyətli simasını dəyişdirmək üçün işlər görülərkən daxili sabitlikdən söhbət gedə bilərmi?

Keçmiş Baş nazir Rafiq Hariri və bütün “Sədr İnqilabı şəhidləri” 2005-ci ildə öldürüldüyü zaman daxili sülh haradaydı?

2006-cı ilin iyulunda Livan İsraillə müharibəyə sürüklənərkən və 2008-ci ilin mayındakı hadisələr baş verərkən sülh haradaydı?

2008-ci ildən sonra qurumlar əsir götürülüb, konstitusional qazanclar məhv edilərkən, prezidentin vəzifəsi uzun müddət boş qalarkən, hibrid bir seçki qanunu hazırlanarkən və silahla radikal gücün təzyiqi altında qanunverici seçkilər keçirilərkən daxili sülh harada idi? Bu gün ölkənin sərhədlərindən keçməyin sərbəst olduğu və sosial-iqtisadi təhlükəsizliyin itirildiyi bir vaxtda daxili sabitlik haradadır?

Bu gün ölkə Hizbullahın silahı və rəhbəri vasitəsilə İranın işğalı altında ikən bəs daxili sülh haradadır?

Düzdür, iqtidar əleyhinə olan qüvvələr, partiyalar və liderlər Livanı bu faciəvi sona sürükləməkdə öz töhfələrini veriblər və bu gün onların Livanın üzləşdiyi problemləri hiss etməmələrinin bir mənası varmı?

Livan və onun mövcudluğu ilə bağlı təhlükələrin bu qədər açıq olmasına baxmayaraq, bunu dərk etməmələri mümkündürmü?

Təəssüf ki, vəziyyət belədir.

Ketaib Partiyasının lideri Sami əl-Cəmayılın Hizbullah lideri Nəsrullahın son çıxışına olan münasibətindən başqa, nə keçmiş baş nazirlərin açıqlamasında Hizbullahın dövləti əsir almasından söz açıldı, nə də digər müxalif tərəflər bu təhlükəli çıxışı hədəf alıb, dövlətdən açıq mövqe tələb etdilər. Bu, həqiqətən də tənqid edilməli olan bir məsələdir.

Artıq bu müxalifət qüvvələrinin vahid bir baxış əldə edərək Livanı xilas etmək niyyətində olub-olmadığını və hələ də ölkənin maraqlarından daha çox şəxsi maraqlarına və fikir ayrılıqlarına görə hərəkət edib-etmədiyini soruşmaq haqqımız var.

Nəticə olaraq, Livanın daha dərinlərə basdırıldığını görməmək üçün kor olmaq lazımdır. Çünki hər şey çox açıq şəkildə ortadadır.

Vaşinqton Livan adlanan bir ölkəni heç bir şəkildə nəzərə almadan prezidentlik üçün seçki kampaniyaları keçirir. Vaşinqton və beynəlxalq ictimaiyyət xalqına qarşı həddindən artıq işgəncə verən, bunun yayılmasını haqlı göstərmək üçün münaqişələr yaradan, cəmiyyətlərin rifahını, azadlıqlarını və ləyaqətlərini hədəfə almaq üçün haqlı davaları istismar edən və tezliklə terrora qucaq açan rejimlərə qarşı Sezar kimi qanunlarla sanksiya və blokadaları ağırlaşdırır.

Livan dəyişmədiyi müddətcə beynəlxalq ictimaiyyətdən yardım almaq əvəzinə, bu sanksiyaların yan təsirlərindən həm aiyasi, həm də iqtisadi cəhətdən əziyyət çəkməldə davam edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar