Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökumət problemin nə qədər dərinə işlədiyinin fərqinə varmır” - Natiq Cəfərli

Sərt karantin günlərində hökümətin sosial siyasətini necə dəyərləndirmək olar?..

İqtisadçı-ekspert: “Əgər sərt karantin rejimi bu ayın sonuna qədər uzadılsa, deməli karantin rejimində qapadılan sahələrin ziyanları həddindən artıq çox olacaq”.

“Çox təəssüf ki, hökumət bu problemin dərinliyini ölçə bilmir. Buna görə də ilkin qəbul etdiyi paketin may ayında bitməsinə baxmayaraq, yeni paketin qəbul edilməsinin müzakirəsi belə getmir. Bu çox ciddi problemlərdir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli sərt karantin rejiminin uzadılmasını və bunun əhaliyə təsirlərini PİA.az-a şərh edərkən qeyd.

Prezidentin köməkçisi Hikmət Hacıyev dünən Operativ Qərargahın keçirilən brifinqində deyib ki, iyulun 5-dən sonra karantin rejiminin yenidən iki həftə müdfətində uzadılması üçün təkliflər var.

Hikmət Hacıyev bildirib ki, dünya miqyasında koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil: “Qarşıda bütün dövlətləri qeyri-müəyyənlik gözləyir, virusa necə qalib gəlinəcəyinə dair konkret cavab yoxdur. Yoxsulluq, işsizlik, aclıq kimi problemləri koronavirus daha da ağırlaşdırır. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatını 1933-cü ildən bəri görünməyən bir tənəzzül gözləyir. Dünyanın hər bir yerində koronavirus tam aradan qalxmayınca dünyanın başqa bir yerində rahat olmaq mümkün olmayacaq. Müəyyən ölkələrdə açılmalar olandan sonra virusun yayılmasına görə yenidən qapanmalara gedildi” .

Buna baxmayaraq hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir. Misal üçün bütün gəlirlərindən məhrum edilən insanlar kommunal xərcləri, kreditləri, icarə haqqlarını və digər xərcləri ödəməlidir. Bu isə təbii olaraq ehtiyac içində olan ailələrdə ciddi problemlər yaratdığı kimiş narazılq da yaradır.

Bəs sərt karantin günlərində hökümətin sosial siyasətini necə dəyərləndirmək olar və hökumət bu günlərdə hansı soaial güzəştlərə getməliydi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli : “Azərbaycan iqtisadiyyatına karantin rejiminin vurduğu ziyanın əsaslarını biz hələ uzun aylar, hətta gələn ilin ortalarında qədər hiss edəcəyik”.

Kiçik və orta sahibkarların çox pis vəziyyətdə olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, söhbət yüz minlərlə gəlirdən məhrum olan insandan gedir. Onların icarə problemləri bu günə qədər həll olunmayıb. Mart ayından bu günə qədər icarədarlarla icarəyə götürənlər arasında ciddi konfliktlər var:

“Söhbət tək sosial güzəştlərdən getmir. Hökumət ümumilikdə problemin nə qədər dərinə işlədiyinin fərqinə varmır.

Məlumdur ki, iqtisadiyyatda çox dərin, ağır problemlər var. Təbii ki, vətəndaşlara kömək etmək lazımdır. Əgər karantin rejimi uzadılırsa, karantindən ziyan görən vətəndaşların ödənişləri ilə bağlı yeni qərarların alınmasına, yeni sosial paketlərin alınmasına ehtiyac var. Bu kommunal güzəştləri və başqa güzəştlər şəklində ola bilər. Həmçinin 190 manatın daha bir ay uzadılması gündəmə gələ bilər.

Amma bu yetərli deyil. Çünki kiçik və orta sahibkarlar çox pis vəziyyətdədirlər. Söhbət yüz minlərlə gəlirdən məhrum olan insandan gedir. Onların icarə problemləri bu günə qədər həll olunmayıb. Mart ayından bu günə qədər icarədarlarla icarəyə götürənlər arasında ciddi konfliktlər var. Bizdə özəl sektorda 700 minə yaxın insan çalışır. Hələ bu rəsmi çalışanlardır. Qapadılan sahələr, o cümlədən iaşə obyektləri, turizm, qeyri-ərzaq sahələrində qeyri-rəsmi çalışanların sayı rəsmi çalışanların sayından çoxdur. Bu insanlara ayrılan cuzi güzəştlər mayın axırı bitdi. Yəni iyun ayında heç bir güzəşt olunmur.

Natiq Cəfərli: “Gələcəkdə bu sahələrdə getdikcə qapanmalar olsa, bu iş yerlərinin azalmasına, işsizlik ordusunun artmasına, çoxlu sayda problemlərin yaranmasına səbəb olacaq”.

Əgər sərt karantin rejimi bu ayın sonuna qədər uzadılsa, deməli karantin rejimində qapadılan sahələrin ziyanları həddindən artıq çox olacaq. Bu ümumi iqtisadi proseslərə də mənfi təsir göstərir. Hətta kreditlərlə bağlı da güzəştlər edilmədi. Faizlər artır və hesablanır. Əhalidə isə ödəniş qabiliyyəti yoxdur.

Gələcəkdə bu sahələrdə getdikcə qapanmalar olsa, bu iş yerlərinin azalmasına, işsizlik ordusunun artmasına, çoxlu sayda problemlərin yaranmasına səbəb olacaq. Çox təəssüf ki, hökumət bu problemin dərinliyini ölçə bilmir. Buna görə də ilkin qəbul etdiyi paketin may ayında bitməsinə baxmayaraq, yeni paketin qəbul edilməsinin müzakirəsi belə getmir. Bu çox ciddi problemlərdir.

Natiq Cəfərli: “İqtisadiyyat o qədər də asan mexanizmin deyil ki, bir düymə ilə yandırıb bir düymə ilə söndürəsən”.

Düşünürəm ki, Azərbaycan iqtisadiyyatına karantin rejiminin vurduğu ziyanın əsaslarını biz hələ uzun aylar, hətta gələn ilin ortalarında qədər hiss edəcəyik. Çünki iqtisadiyyatda dərin problemlər yaranır və bu problemlər də bir-biri ilə çox sıx bağlıdır. İqtisadiyyat o qədər də asan mexanizmin deyil ki, bir düymə ilə yandırıb bir düymə ilə söndürəsən. İqtisadiyyatın işə düşməsinə böyük zaman və böyük vəsait lazım olur. Hökumət bu məsələlərə çox səthi baxır və problemin dərinliklərini ölçə bilmir.

Buna görə də düşünürəm ki, sərt karantin rejimi uzadılsa, bununla paralel heç bir dəstək proqramları qəbul edilməsə, bunun fəsadları ölkə üçün həddindən artıq ağır olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar