Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - Rəsmi

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamın icrasına başlanılıb...

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılanlarla bağlı rəsmi prosedurlar necə yerinə yetirilir? Nəzərə alsaq ki, koronavirus pandemiyası geniş yayılıb, çağırışçılar koronavirus testindən keçirilir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar çağırışa hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər:

“Respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb.

Çağırışçıların rayon (şəhər) çağırış komissiyalarının tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyalarında müayinələri COVID-19 pandemiyası dövründə tətbiq olunan və bu qaydalara dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanmış müvafiq təlimatların tələbləri çərçivəsində həyata keçirilir.

Xidmətin struktur binasına daxil olduqda hər bir çağırışçı qoruyucu tibbi ləvazimatlarla təmin edilir, dezinfeksiyaedici məhlulların istifadəsinə, tibbi müayinələr və çağırışçıların öyrənilməsi zamanı lazımi fiziki məsafənin saxlanılmasına ciddi riayət olunur, eləcə də, həkim mütəxəssislərin və əməkdaşlarımızın tibbi maska və əlcək geyinmələrinə nəzarət edilir.

Bununla yanaşı, bütün çağırışçıların hərarəti ölçülür, sağlamlıq vəziyyətində koronavirus infeksiyasına (COVID-19) xas olan oxşar simptomlar aşkar edilən çağırışçılar təcili olaraq təcrid edilir və aidiyyəti üzrə məlumatın verilməsi təmin edilir.

Eyni zamanda, çağırışçıların öyrənilməsi prosesində TƏBİB tərəfindən hazırlanmış müvafiq təlimatın tələblərinə uyğun olaraq, çağırışçıların koronavirus infeksiyasına yoluxmuş şəxslə təmasda olması, müvafiq simptomlarla bağlı narahatlıqlarının olub-olmaması ətraflı şəkildə öyrənilir.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil verilirlər.

TƏBİB tərəfindən hazırlanmış COVID-19 pandemiyası dövründə vətəndaşların növbəti müddətli həqiqi hərbi xidmətə çağırışı zamanı müayinə işinin təşkilinə dair müvəqqəti rəhbərliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan hərbi hissələrdə qəbulun birinci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən, qəbul olunan heyətin ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar