Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun Türkiyə ilə problemi nədir?

Sirtdən edilən neft qaçaqmalçılığı və AB-nin ikiüzlülüyü...

Levent Yılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyul 2020-ci il

Bir çox AB ölkələri rəhbərlərinin, xüsusən də Makronun bilərəkdən və ya bilməyərəkdən beynəlxalq qanunları pozduğunu və Liviyadan neft qaçaqmalçılığına göz yumduğunu deyə bilərik.

Həftar yanvarın 18-də ölkənin şərqində ümumi tutumu təxminən 800 min barrel olan 5 terminalı mühasirəyə aldığı üçün ölkənin neft ixracatı birdən-birə gündəlik 80 min barrelə düşüb. Bu vəziyyət Liviya xalqına təxminən 6 milyard dollara başa gəlib. Ancaq problem bununla da bitmir.

Siirt, neft və tanış ssenari

Siirt hövzəsi ölkənin neft hasilatı və ixracının şah damarıdır. Normal olaraq, neft ixracatından əldə edilən gəlirlər BMT nəzdində tanınan, Türkiyənin də dəstəklədiyi qanuni Liviya Milli Razılıq Hökumətinin nəzarətində və Tripolidə yerləşən Liviya Mərkəzi Bankına yatırılır. Lakin Siirt hələ də təxribatçı Həftarın nəzarəti altındadır. Qarşıdakı dövrdə “Şərqi Liviya - Qərbi Liviya” kimi bir bölünmə təklifi ilə qarşımıza çıxsa, bu, heç təəccüblü olmaz. Çünki Həftar Tripolini fəth edə bilmədikcə işi daha da çətinləşir. Biz bu ssenarini İraq və Sudanda görmüşdük.

Beynəlxalq qanunlara əsasən, neft ticarəti etmək səlahiyyəti Sərracın başçılıq etdiyi Uzlaşma Hökumətinin əlindədir. Bölgədən gələn məlumatlara görə, Fransa başda olmaqla, Həftarı dəstəkləyən AB ölkələri Liviyadan qanunsuz neft alır. Bunun vacib bir səbəbi var.

Liviya neftinin kükürd nisbəti çox aşağıdır. Bu durum neftin emalını asanlaşdırır və xərcləri azaldır. Avropadakı neftayırma zavodlarının əksəriyyəti az kükürdlü neft üçün qurulub. Buna görə, Liviya AB ölkələri üçün kritik bir önəmə sahibdir.

Qeyd edək ki, ölkədəki daxili qarışıqlıqdan əvvəl, 2010-cu ildə ümumi neft ixracının 85%-i Avropaya yönəldilmişdi. Fransanın Liviyadan idxal etdiyi neftin miqdarı 2017 və 2018-ci illərdə artaraq orta hesabla 30 milyon barrelə çatıb. 2018-ci ildə Fransa tərəfindən idxal olunan ümumi 397 milyon barrel xam neftin təxminən 9%-i Liviyadan gəlib. Yəni qısaca, bir çox AB ölkələri rəhbərlərinin, xüsusən də Makronun bilərəkdən və ya bilməyərəkdən beynəlxalq qanunları pozduğunu və Liviyadan neft qaçaqmalçılığına göz yumduğunu deyə bilərik.

Türkiyəyə müxalif olmasının səbəbi

İngiltərə İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin Liviya ilə bağlı 2016-cı ildə hazırladığı hesabata bir nəzər salaq. Fransa kəşfiyyatının ABŞ-ın keçmiş Dövlət Katibi Hillari Klintonun müşaviri Sidney Blumentala göndərdiyi hesabatda qeyd olunub. Bu hesabata əsasən, Fransanın 2011-ci ildə Liviyaya hərbi müdaxilə etməsini istəməsinin səbəbi Liviyanın neft hasilatından böyük bir pay ala bilməsi, Fransanın Şimali Afrikada təsirini artırması, Fransanın öz daxili siyasətində Liviyadan istifadə etməsi və Qəddafinin fransız dilli Afrika ölkələrindəki təsirinə son qoyulması idi. Yəni Fransanın təxribatçı Həftara dəstək verməsinin arxasında bir strategiya var. Makron Liviya xalqına heç əhəmiyyət vermədiyi kimi, həm də Liviya xalqının rifahı üçün istifadə ediləcək neftə də göz dikib. Hətta nefti qanuni yollarla əldə etməyi belə düşünür.

Makron 2018-ci ildə Tunis səfəri zamanı Tunis Məclisindəki çıxışında 2011-ci ildə Liviyaya hərbi müdaxiləni şiddətlə tənqid etmiş və bildirmişdi ki, Liviyada yaranmış vəziyyətə görə ABŞ-da və bəzi AB ölkələri məsuliyyət daşıyır. Makron: “Liviyadakı böhranın hərbi müdaxilə ilə həll ediləcəyini düşünmək yanlış idi. Liviya bu gündədirsə, səhv ABŞ-da və bəzi AB ölkələrindədir. Liviyadakı bu əxlaqsızlığın günahı hamımızdadır”, demiş olsa da, Türkiyənin dəstəyi ilə bölgədəki vəziyyətin dəyişdiyi üçün Makron da öz yolundan döndü. Deyə bilərik ki, bu vəziyyətdə Sarkozinin Müdafiə Naziri olmuş və indi də Makronun Xarici İşlər Naziri olan Jan İv le Drianın böyük payı var və Makron böyük ehtimalla Drianın təsirinə düşüb.

Fransada bu dəfə başqa bir təxribatçını, yəni Misir prezidenti Sisini öz tərəfinə çəkərək Aralıq dənizində Türkiyənin atdığı addımlara cavab verə bilməyən Yunanıstana və Cənubi Kipr Blokuna kömək etməyə çalışır. Bu ölkələr Liviya və Şərqi Aralıq dənizi ilə bağlı 11 may 2020-ci il tarixində yayımladıqları ortaq bəyanatda Türkiyəyə qarşı əsassız ittihamlar yönəldiblər. Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmayan Birləşmiş Ərəb Əmirlikləri də bəyanataa qoşulub. Bu ölkələrin Liviya ilə maraqlanmasının səbəbi neft və qaz olduğu halda, Türkiyənin Liviya ilə olan münasibətləri Liviyada daimi sülhün, təhlükəsizliyin bərqərar olması və qarşılıqlı mənfəət əsasında inşa edilib. Türkiyənin Tripoliyə geniş bir heyətlə etdiyi səfər bölgədə baş verən sevindirici proseslərin davamını gözləyən və sülh istəyən Liviya xalqının ümidini daha da artırıb.

AB-nin ikiüzlülüyü

Türkiyənin Şərqi Aralıq dənizindəki hüquqları ilə bağlı olaraq beynəlxalq qanunlara uyğun atdığı addımlar hər dəfə AB tərəfindən “birliyi həmrəyliyi” adı altında qanunsuz hesab edilir. Bununla birlikdə, başda Fransanın olduğu bəzi AB üzv dövlətlərinin Misirdə çevriliş nəticəsində hakimiyyətə gələn diktatorla eyni masaya oturduğunu və Liviya xalqını təmsil edən qanuni Liviya Hökumətini devirməyə çalışan Həftarla əməkdaşlıq etdiyini görürük. Məsələ neft olduqda AB-nin hüquq anlayışı ikiüzlülük üzərində qurulur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar