Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusdan sonra dünya iqtisadiyyatında nə baş verəcək? - Bədbin “öncəgörmə”

İndi heç kim dünya iqtisadiyyatında yaranmış reallığı və yaxın 1-2 ildə yarana biləcək vəziyyəti dərk etmir...

Kimin nə bəyan etməsindən asılı olmayraq, heç kim heç nə başa düşmür. Hətta hər şeyi bilən Beynəlxalq Valyuta Fondu (BVF) da öz proqnozlarını pisləşdirir, çünki heç nə anlamır və yalnız pisləşən göstəricilərə refleks nümayiş etdirir.

BVF-nun son proqnozu - bu il dünyanın ümumi daxili məhsulu (ÜDM) 4,9 faiz azalacaq. Bu, Almaniya ÜDM-na bərabər bir iqtisadiyyatın ölçüsüdür. Başqa sözlə, bu il bütöv Almaniya yox olacaq!

Hətta mümkündür ki, iki Almaniya yox olsun. Axı heç kim bilmir ki, pandemiya nə qədər uzun sürəcək, gələcəkdə hansı gücdə olacaq və başlıcası, milyardlarla insan özünü necə aparacq: onlar təyyarə ilə uçacaqlarmı, qatarda gedəcəklərmi, restoranlarda, otellərdə, kurorotlarda istirahət edəcəklərmi, xəstəxanada yatacaqlarmı, idman zallarında olacaqlarmı və sair. Bütün bunları proqnozlaşdırmaq çətindir.

Amma mən bir şeyi dəqiq deyə bilərəm: iqtisadiyyatın 2019-cu ilin sonundakı halına qayıdacağı heç cür baş verməyəcək. Bir çox siyasətçinin və iqtisadçının gözlədiyi və proqnoz etdiyi kimi.... Çoxlarının proqnoz etdiyi kimi, böhrandan çıxmağın heç bir V və ya L modeli olmayacaq. Bütün bunlar böhranın birindən digərinə tsiklik köçürmənin sadəlövh qanunauyğunluğudur.

Gələcəkdə dünya iqtisadiyyatının «başına nə gələcəyini» heç kim bilmir. Üç aydan uzaq dövr üçün verilən bütün proqnozlar sadəcə, gülməlidir. Üç il qabağa proqnozlar verən BVF sadəcə, axmaq vəziyyətində görünür.

Mən, sövqi-təbii olaraq, hiss edirəm ki, ilk növbədə Qərb iqtisadiyyatı tamamilə yeni keyfiyyət halına gəlir. Qərb iqtisadiyyatı COVİD-19 pandemiyasına qədər xirtdəyinə qədər borc içərisində (Buna xüsusi diqqət yetirmək gərəkdir - red.) boğulurdu!

Əgər müəssisələrin yarısı, restoranlar, kafelər, klublar öz imkanlarının 50 faiz qədər yüklənə bilmirlərsə, iqtisadiyyat necə ayaqda qala biləcək?

İqtisadiyyatın yarısı ziyanla işləyəcək və 1-1,5 ildən sonra müflisləşmə prosesi başlayacaq - əvvəlcə biznesdə, sonra isə maliyyə sektorunda.

Hesab edirəm ki, 5-6 il ərzində dünyanın ÜDM-u 25-30 faiz «arıqlayacaq». Bu isə özünüz bilirsiniz, dünyanı tamamlə fərqli edəcək. Bax, mənim proqnozum, daha doğrusu hiss etdiyim budur…

Ən başlıcası isə aydındır ki, ABŞ böhrandan müharibənin köməyi ilə çıxacaq. ABŞ sadəcə, başqa cür bacarmır - onlar üçün ən ucuz və ən sürətli yol budur.

ABŞ - planetdə yeganə ölkədir ki, böhrandan müharibənin köməyi ilə çıxmağı özünə rəva görə bilər.

Andrey Qolovaçov («Qlavred», Ukrayna)

Tərcümə: AzPolitika. info

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar