Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə Azərbaycan iqtisadiyyatı nə qədər geriləyə bilər?..

Azərbaycan müasir dünya nizamının mümkün çökməsi halında iqtisadi fəaliyyət planlarını müəyyən edibmi?..

İqtisadçı-ekspert: “ÜDM-un 65%-ni neft gəlirləri təşkil etdiyi bir şəraitdə, neft qiymətlərinin kəskin düşməsinin Azərbaycan üçün nəticələrini təsəvvür etmək çətin deyil”.

“Belə davam edərsə, üzümüzə gələn iki il boyunca iqtisadiyyatın bərpa olunacağını gözləmək olmaz”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova hazırkı Azərbaycan iqtisadiyyatının vəziyyətini PİA.az-a şərh edərkən qeyd.

Pandemiyanın bütün dünya ölkələrinə, o cümlədən Azərbayan iqtisadiyyatına böyük ziyan vurması şübhəsizdir. Hazırda ölkəmizdə yoluxma sayları isə böyük təşviş doğurur və hökümət sərt karantin rejimini jər gün daha da sərtləşdirməyə məcbur olur. Bu həm əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də iqtisadiyyatın ciddi tənəzzülə uğramasına səbəb olur. Bəzi ekspertlərə görə isə vəziyyət belə davam edərsə iqtisadi tənəzzül və geriləmə böyqyəcək və bu da əhalinun sosial müdafiəsinə ciddi təsir edəcək.

Xatırladaq ki, prezident İlham Əliyev Gəncədə 1 saylı Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı öz çıxışında bildirib ki, 2020-ci ilin beş ayının yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayır. Prezident qeyd edib ki, ilin sonuna qədər bizi nəyin gözləyəcəyi bəlli deyil.

Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyətini necə dəyərləndirmək olar və tənəzzül hansı səviyyə qədər inkişaf edə bilər? Ümumuyyətlə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı nə qədər geriləyə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Dünyanın bütün aparıcı ölkələri müasir dünya nizamının mümkün çökməsi halında fəaliyyət planlarının nə olacağını çoxdan müəyyən ediblər”.

2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiymətinin 55 ABŞ dollarına bərabər götürüldüyünü xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, 1999-cu ilin 11 dekabrından sonra neftin qiyməti ilk dəfə 16 dollar səviyyəsinə qədər endi. Hazırda bütün dünya təcrid olmuş vəziyyətdə olduğuna diqqət çəkən Vüsalə Əhmədova qeyd edib ki, bu vəziyyət bir iki il davam edə bilər və bu bizim kimi, xammal ixrac edən ölkələr üçün daha təhlükəli vəziyyət yaradır:

““COVİD-19” pandemiyasının başladığı ilk vaxtlarda bəzi elm adamları qlobal iqtisadiyyatdakı dalğalanmaların nəticədə daha böyük ölkələrə təsir edəcəyini, zəif iqtisadiyyatların isə çox şey itirməyəcəyini qeyd etdilər. Bu fikirlə əvvəldən etibarən razılaşmadım. Dünyanın bütün aparıcı ölkələri müasir dünya nizamının mümkün çökməsi halında fəaliyyət planlarının nə olacağını çoxdan müəyyən ediblər. Problem bizim kimi, xammal ixrac edən ölkələri daha çox düşündürür.

Şübhəsiz ki, pandemiya ilə mübarizədə böyük maliyyə vəsaiti tələb olunur. İnsanların və əmtəələrin hərəkət azadlığı hazırda məhdudlaşdırılmış vəziyyətdədir. Demək olar ki, bütün iqtisadi fəaliyyət sahələrinin normal həyata nə zaman qayıdacağı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bu belə davam edərsə üzümüzə gələn iki il boyunca iqtisadiyyatın bərpa olunacağını gözləmək olmaz.

Ənənəvi büdcə doldurucularımız enerji daşıyıcılarıdır. Dünya bazarında neftə olan tələbatın 20%-ə düşməsi, bütün stokların və mövcud bütün tankerlərin dolması və artıq hasilat böhranına səbəb oldu. Enerji şirkətləri hazırda ciddi maliyyə problemləri ilə üzləşmiş vəziyyətdədirlər və bu proses qalıcı ola bilər. 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülmüşdü. 1999-cu ilin 11 dekabrından sonra neftin qiyməti ilk dəfə 16 dollar səviyyəsinə qədər endi. Hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 42,72 ABŞ dolları, “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 43,75 ABŞ dolları təşkil edir. ÜDM-un 65%-ni neft gəlirləri təşkil etdiyi bir şəraitdə, neft qiymətlərinin kəskin düşməsinin Azərbaycan üçün nəticələrini təsəvvür etmək çətin deyil.

Vüsalə Əhmədova: “İllərdir iqtisadiyyatın diversifikasiyasından danışıldı, ancaq heç bir real addım atılmadı. Büdcənin yarıdan çoxu tikinti sektoruna yönəldilməyə davam etdirildi”.

Hazırda bütün dünya təcrid olmuş vəziyyətdədir. Bir çox ölkə strateji əhəmiyyət daşıyan sektorlarda, o cümlədən, qida və tibb sənayesində milli istehsalın bərpası üçün səy göstərir. Daxili bazarlar üçün dəstək siyasəti yenidən populyarlıq qazanıb. Pandemiya “proteksionizm” üzərində qurulan dünya nizamını qanuniləşdirmək üçün uyğun fürsət olsu, deyə bilərik. Bəs biz milli maraqlara fokuslanan proteksionist siyasəti reallaşdıra bilirikmi? İllərdir iqtisadiyyatın diversifikasiyasından danışıldı, ancaq heç bir real addım atılmadı. Büdcənin yarıdan çoxu tikinti sektoruna yönəldilməyə davam etdirildi.

Hazırda da, struktur dəyişikliklərinin stimullaşdırılması üçün kifayət qədər maliyyə mövcud deyil.Pandemiya dövründə təbii olaraq sosial təminata tələb artır və iqtisadi münasibətlər daha az kapitalist və daha çox sosialistləşir. Əsas diqqət stabilliyə, ilk növbədə əhalinin təməl ehtiyaclarını ödəməyə yönəldilir. Önümüzdəki aylarda “COVİD-19” pandemiyası təkrarlanarsa və dövlət pandemiyanı dəf etmək üçün bənzər metodlara əl atmağa məcbur olarsa, bu qədər maliyyə vəsaitini haradan əldə edəcək? Belə olan şəraitdə yenə gözümüzü neftə dikmək məcburiyyətində qalırıq.

Neft bazarının perspektivləri də qeyri-müəyyənliyini qorumaqdadır. OPEC+ Alyansı, yaxın aylarda kvotaları yumşaltmağı planlaşdırır, baxmayaraq ki, bu məsələ ilə bağlı hələ bir qərar verilməyib. Saxlama anbarlarında xammal ehtiyatlarının azaldığı bildirilsə də, yaranan mənzərənin qeyri-müəyyən təbiəti Hindistan və ABŞ kimi ölkələrdən gələn xammal tələbinə dair ziddiyyətli xəbərlərlə güclənir. Ötən ay OPEC karteli, neft paktını iyul ayına qədər uzatdı. İyul ayı artıq gəlib, bazar iştirakçıları təşkilatın avqust ayı planları ilə əlaqədar siqnallarını gözləyir.

Bu günə qədər bütün əlamətlər onu göstərir ki, iyul-avqust ayları üzrə OPEC+ hasilatı gündə təxminən 2 milyon barel artıracaq. Reuters, etibarlı mənbələrə istinadən istehsalın artması ehtimalını təsdiqləyib. Yalnız çox zəif bir tələb kartelin bu planından vazkeçməsinə səbəb ola bilər. Həm Səudiyyə Ərəbistanı, həm də Rusiya neft qiymətlərindən məmnun olduqlarını açıq şəkildə dilə gətirdilər. “Saudi Aramco” baş direktoru Amin Nasser “pis günlərin geridə qaldığını, qlobal neft tələbatının artıq gündə 90 milyon barelə çatdığını” bəyan etdi. Rusiya daxili bazarda tələbin artması halında avqustun 1-dən əvvəl hasilatı artırmağa başlaya bilər.

Vüsalə Əhmədova: “Pandemiya dövründə təbii olaraq sosial təminata tələb artır və iqtisadi münasibətlər daha az kapitalist və daha çox sosialistləşir”.

Artıq tankerlərə yüklənmiş neft və neft məhsullarının ehtiyatları azalmaqdadır, iqtisadi aktvlik bərpa olunarsa, tələbatın canlanacağını deyə bilərik. IHS Markit-ə görə, aprel ayının sonunda dənizdə təxminən 180 milyon barel neft ehtiyatı var idi. İyun ayının sonunda bu rəqəm cəmi 150 milyon barelə qədər azaldı. Tankerlərdə saxlanan neft məhsullarının həcmi may ayının ortalarında 75 milyon barelə yüksəlmişdi və bu günlərdə 50 milyon barelə qədər azaldığı bildirilir. Ehtiyatlar düşünürəm ki, üçüncü kvartalda normallaşa bilər.

Tələbata gəlincə, keçən ilin eyni dövrü ilə müqaisədə hələ ki, 12% aşağıdır. Tələbatın sentyabr ayında artacağı gözlənilsə də, mövcud iqtisadi vəziyyəti nəzərə alsaq, bu il neftə olan tələbin böhrandan əvvəlki səviyyəyə çata biləcəyini, qiymətlərin də tezliklə əvvəlki səviyyəyə qayıdacağını gözləmək olmaz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar