Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökumət o qədər başını itirib ki, nə vətəndaşı, nə biznesi anlayacaq durumda deyil”

Hökumət virusla mücadilədə sinifdə qaldı, bacarmadı, tez-tez qərarların dəyişdirilməsi, proseslərin dərinliyini ölçə bilməməsi, modelləşmə bacarığının olmaması ölkəni çox ağır durumda buraxıb...

Hesabatlılıq yox, alınan qərarların məntiqi yox, cəmiyyətlə normal kommunikasiya yox – üstəgəl əhalinin, biznesin vəziyyətini də anlaya bilmirlər.

Səhər marketə getmişdim, bir nəfər yaxınlaşdı ki, müəllim, sizi İnternetdən izləyirəm, çox sağ olun, amma dedikləriniz bu hökumətə çatmır. Adam deyir ki, 4 aydır işsizdir, restoranların birində ofisiant işləyirmiş, günə 10-15 manat qazanırmış, indi işləmir, evdə də 2 uşaq, onun da biri xəstədi. Üzündən yaşlı adama oxşayırdı, deyəndə ki, cəmi 36 yaşı var – məni qəhər bürüdü. İmtina etməyə cəhd etsə də, israr etdim, imkanım çatacaq qədər bazarlıq etdim, yola saldım. Adam ayrılanda dedi ki, o qaltuklulara deyin, acından ölürük, bu məqamda yadımıza nə maska düşür, nə virus, mən uşaqlarımın üzünə baxa bilmirəm.

Elə bu gün bəzi işlərimlə bağlı Statistika Komitəsinin yanından 20 nömrəli məktəbə qədər maşın sürdüm, bir neçə yerdə saxlamalı oldum, qısa görüşlərim var idi. Cəmi 2-3 km məsafədə, şəhərin gur və karlı yerində 11 obyektin bağlandığını, üzərinə “icarəyə verilir” yazıldığını gördüm.

Ağır vəziyyətdir, hökumət o qədər başını itirib ki, nə vətəndaşı, nə biznesi anlayacaq durumda deyil – bu isə çox təhlükəli durum yaradır. İnsanlar vurusa deyil də, bu hökumətə, onların aldığı mənasız qərarlara inanmır...

Natiq Cəfərli - İqtisadçı

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar