Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Qarnizonu Qoşunlarında buraxılış mərasimi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib...

PİA.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov kurslar zamanı kursantların müasir silah nümunələrindən döyüş şəraitində bacarıqla istifadə etmək vərdişlərinə yiyələnmələri üçün müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışların, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarının yerinə yetirildiyini bildirib.

Məzunlar adından Toğrul Kərimov söz verib ki, dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq xidmət yerlərində peşəkar hərbçi kimi Vətənin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev muxtar respublikamızda Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlandığı kursları uğurla başa vuran gənclərimizin Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeli qurumlarında xidmətlərini nümunəvi şəkildə davam etdirdiklərini deyib.

General-polkovnik Kərəm Mustafayev zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını başa vuran və hər zaman dövlət qayğısını üzərlərində hiss edən məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb, xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar