Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir DTX-nin XİN-də keçirdiyi əməliyyatla bağlı açıqlama verib

Dövlət Təhlükəsizlik Xidməti Xarici işlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirib...

Bununla bağlı DTX xəbər yayıb. Quruma daxil olan məlumata əsasən, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib. Cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verilib. Bundan başqa qurumdan bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələyə münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, bu qurumda ciddi araşdırmaya ehtiyac var: “Nazirlikdə belə bir halın yaşanması biabırçılıqdır. Başqa söz tapmaq olmur. Yəqin ki, iş iki istiqamətdə gedəcək. Birincisi, iqtisadi-maliyyə tərəfidir. Əgər pulun xərclənməsində yeyinti olubsa, bu hal aşkarlanacaq. İkinci məsələ isə iş icrası ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətini dövlət başçısı müəyyən edir. Amma tapşırıqların icrası nazirliyə həvalə edilir. Qanun pozuntusu olubsa, səlahiyyətli şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

pia.az


Etiket: DTX XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar