Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı

Bir neçə gün öncə həbs edilməsi ilə bağlı xəbər verdiyimiz  “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov barəsində yeni detallar üzə çıxıb...

PİA.az xəbər verir ki, N.İsmayılov Böyük Britaniyanın paytaxtı Londonda bir neçə obyekt, eləcə də 8 milyon funt sterlinq (17 mln AZN) dəyərində villanın sahibidir.

ASC sədrinin İstanbulda da bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir.

Daxil olan məlumata əsasən, N.İsmayılov Rusiyanın MoskvaSankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir.

Bildirilir ki,  bank rəhbəri Milli Məclisin keçmiş sədri Oqtay Əsədova yaxın insandır. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa  kömək edib.

ASC sədrinin sabiq baş prokuror Zakir Qaralovla da yaxın münasibətləri üzə çıxıb. Belə ki, N.İsmayılov eks-baş prokurora məxsus “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq ona xaricdə əmlak əldə etməyə kömək edib.

Bildirilir ki, “Zaminbank” ASC 4 il bundan öncə  müflis elan edilməsinə və haqqında çoxsaylı şikayətlərin olmasına, eləcə də maliyyə yeyintilərinə baxmayaraq, bu müddətdə bank sədrinin fəaliyyətinin araşdırılmamasına səbəb məhz onun Z.Qaralovla yaxın münasibətləri olub. (Unikal)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar