Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

COVID-19-la bağlı insanları narahat edən suallara ÜST aydınlıq gətirdi 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), insanları koronavirusla bağlı bilgiləndirmək və yanlış məlumatlandırmanın qarşısını almaq üçün ən maraqlı sual və cavabları rəsmi saytında paylaşıb...

Hər kəsi COVID-19-la bağlı narahat edən suallara aydınlıq gətirildi
Ölkələr hələ də pandemiyanın ilk dalğasını kontrol altına ala bilməsələr də, artan yoluxma halları və ikinci dalğanın başlaması ilə bağlı narahatlıqlar çoxalır. Elm adamları koronavirusdan qorunmaq üçün qəbul edilən qaydalara əməl edilməsi barədə xəbərdarlıq ediblər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), insanları koronavirusla bağlı bilgiləndirmək və yanlış məlumatlandırmanın qarşısını almaq üçün ən maraqlı sual və cavabları rəsmi saytında paylaşıb.

PİA.az zaman-zaman koronavirus COVID-19-la bağlı verilən müxtəlif sualları və ÜST mütəxəssisləri tərəfindən verilən düzgün cavabları sizə təqdim edəcək:

SUAL 1. COVID-19 bakteriyadır?

CAVAB: Koronavirusa səbəb olan COVID-19 bakteriya deyil, virusdur. COVID-19 koronavirus adlı viruslar ailəsinin üzvüdür. Antibiotiklər viruslara təsir göstərmir. Ancaq koronavirus ikinci bakterial infeksiyalara səbəb ola bilər. Bu vəziyyətdə səhiyyə işçiləri sizə müalicə üçün antibiotiklər verəcək.

SUAL 2. COVID-19-u müalicə edən dərman varmı?

CAVAB: Hazırda COVID-19-un müalicəsi üçün rəsmi lisenziyalı bir dərman yoxdur. Bəzi dərmanlar üzərində təcrübələr aparılsa da, “hidroksiklorokin” və ya digər dərmanlar koronavirusun qarşısını almaq və ya müalicə etmək üçün sübut edilməmişdir. ÜST antivirus dərmanlarının inkişafına öz töhfəsini verməkdə davam edir.

SUAL 3. Antibiotiklər virusdan qorunmaqda və müalicədə effektlidirmi?

CAVAB: Antibiotiklər sizi koronavirusdan qoruyar, amma müalicə etməz. COVID-19 bir virusdur və antibiotiklər yalnız bakterial infeksiyaları müalicə edir. Siz xəstə olduğunuzda daxilinizdə bakterial infeksiyaları inkişaf etdirirsiniz, bu zaman da həkimlər haqlı olaraq sizə antibiotiklər verəcəkdir.

SUAL 4. Termal kameralar koronavirusu təsbit edə bilirmi?

CAVAB: Termal kameralar COVID-19-u aşkar edə bilmir. Termal kameralar bədən istiliyinizin normal hərarətdən yüksək olub olmadığını müəyyənləşdirir. Bədəninizdə hərarət normaldan yüksəkdirsə, istiliyiniz varsa mütləq həkimlə məsləhətləşməlisiniz.

SUAL 5. Koronavirusa yoluxan insanlar sağala bilərmi?

CAVAB: COVID-19-a yoluxan insanların əksəriyyəti bu xəstəliyi yüngül simptomlarla və yaxud heç bir simptom olmadan davam etdirir. Yüksək hərarət, öskürək və nəfəs çatışmazlığı kimi şikayətləriniz varsa, əvvəlcə tibb müəssisələrinə telefonla müraciət edin. Simptomlarınız artarsa, mütləq xəstəxanaya müraciət edin.

SUAL 6. Maska taxmaq nəfəs yollarımıza zərər verərmi?

CAVAB: Düzdür, maskalardan uzun müddət istifadə narahatlığa səbəb olur. Ancaq uzun müddət maska taxmağın tənəffüs və oksigen qəbuluna zərərli təsir göstərmədiyi sübut edilib. Narahatlıq yaratmaması üçün maskanı qaydalara uyğun şəkildə geyinərək tənzimləmək lazımdır.

SUAL 7. Pandemiya dövründə alış-verişimizi necə sağlam şəkildə edə bilərik?

CAVAB: Alış-veriş edərkən maska istifadə etməyi və bazardakı digər insanlardan uzaq durmağı unutmayın. Mümkünsə, yük arabasına əlinizi vurmazdan öncə dezinfeksiya edin. Alış-verişdən qayıtdıqdan və satın aldığınız malları yerləşdirdikdən dərhal sonra əllərinizi yuyun. COVID-19-un qida qablaşdırmasında və ümumi qablaşdırılma ilə yoluxdurmağına dair heç bir dəlil yoxdur.

SUAL 8. Nəfəsimizi 10 saniyə və daha çox saxlaya bilsək, bu, o deməkdir ki, xəstəliyə yoluxmamışıq?

CAVAB: Çətinlik çəkmədən və öskürmədən nəfəsinizi tuta bilməniz COVID-19 olmadığınızı bildirir. Bu şəkildə özünüzü sınamaq və xəstə olmadığınıza qərar vermək risklidir.

SUAL 9. COVID-19 isti və nəm iqlimlərdə də yoluxucudur?

CAVAB: COVID-19 isti və nəmli iqlimlərdə yüksək yoluxucu xəstəlikdir. Yaşadığınız yerin iqlimi sizi xəstələnməkdən qoruya bilməz. Tədbir görməyə davam etməlisiniz və qorunmalısınız.

SUAL 10. Paltar yuyarkən koronavirusa qarşı hansı tədbirlər görülməlidir?

CAVAB: Evinizdə koronavirusa yoluxmuş bir xəstəniz yoxdursa, adi qaydada, həmişəki kimi paltarınızı da yumağa davam edə bilərsiniz. Əlavə tədbirə ehtiyac yoxdur. Ancaq yuduqdan və sərdikdən, həmçinin paltarları şəritdən topladıqdan sonra əllərinizi yuduğunuzdan əmin olmalısınız.

SUAL 11. Pandemiya zamanı meyvə və tərəvəzlər dezinfeksiya edilməlidirmi?

CAVAB: Pandemiyə zamanı meyvə və tərəvəzləri əvvəlki qaydada təmizləməyə davam edə bilərsiniz. Meyvə və tərəvəzlərin dezinfeksiya edilməsinə ehtiyac yoxdur. COVID-19-un tərəvəz və meyvələrdən ötürüldüyü barədə məlumat yoxdur. Əgər bunları birbaşa dərib yemək istəyirsinizsə, xeyli miqdarda su ilə yuyun və yuyulmamış meyvə və tərəvəzlərə toxunduqdan sonra əllərinizi mütləq yuyun.

SUAL 12. Həşəratlar, ağcaqanadlar və ya milçəklər koronavirusa yoluxdururmu?

CAVAB: Milçəklərin insanları koronavirusa yoluxdurması barədə sübut edilmiş bir məlumat yoxdur. Bu virus nəfəs alma, öskürmə və ya asqırma ilə hava damlaları vasitəsilə yoluxanlardan ötürülür. Virusun ötürülməsinin başqa bir yolu yoluxmuş səthlərə toxunmaqdır. Bu səthlərə toxunduqdan sonra əllərinimizi dezinfeksiya etmədikdə virus tənəffüs yollarımıza daxil olur.

SUAL 13. Hava temperaturu 25 dərəcədən artıq olduqda koronavirusu sağaldırmı?

CAVAB: İsti havanın koronavirusun qarşısını alması və ya müalicə etməsi doğru deyil. Hazırda dünyanın bir çox yüksək hərarətə malik ölkələrində virusun yayılması davam edir. Virusdan qorunmaq üçün tədbirlər görməyə davam etməlisiniz.

SUAL 14. COVID-19 ayaqqabıdan keçərmi?

CAVAB: COVID-19-un ayaqqabılar vasitəsilə ötürülməsi ehtimal olunmur. Ancaq hər ehtimala qarşı ehtiyatlı olmaq, ayaqqabıları çıxarıb qapıdan bayırda saxlamaq lazımdır. Bu xüsusən kiçik yaşlı uşaqlar və riskli qrupların yaşadığı evlərə aiddir.

SUAL 15. Çöldə idman və ya məşq edərkən maskadan istifadə etməliyik?

CAVAB: Çöldə idman və ya məşq edərkən maska taxmaq tövsiyə edilmir. Məşq edərkən maska geyinsəniz nəfəs almağınız çətinləşəcək. Üstəlik, idman zamanı tərdən nəmlənən maskalar bakteriya əmələ gətirə və digər infeksiyalara səbəb ola bilər. Məşq edərkən görüləcək ən yaxşı tədbir sosial məsafə qaydasına diqqət yetirmək və adamlardan uzaq durmaqdır.

SUAL 16. Dezinfeksiyaediciləri üzərimizə sıxa bilərik?

CAVAB: Heç vaxt bədəninizin hər hansı bir yerinə səthləri təmizləyən dezinfeksiyaedici maddələri sıxmayın və tətbiq etməyin. Bu maddələrin dərinizlə təması sağlamlıq üçün təhlükəlidir. Bu maddələri ehtiva edən məhsulları həmişə uşaqların əli çatmadığı yerlərə qoyun.

SUAL17. Virusdan qorunmaq üçün spirtli dezinfeksiyaediciləri içmək olar?

CAVAB: Virusdan qorunmaq üçün spirtli dezinfeksiyaedici məhsulları içməyin. Bu məhsulları içmək sağlamlığınıza çox zərərlidir və ölümünüzə səbəb ola bilər.

SUAL 18. Virusdan qorunmaq üçün spirtli içki içmək faydalıdır?

CAVAB: Spirtli içki içməyin koronavirusa təsiri yoxdur. Dünyanın bəzi ölkələrində COVID-19-a yoluxmanın qarşısını almaq üçün həddindən artıq spirtli içki qəbulu səbəbindən böyük sağlamlıq problemləri yaranmışdı. ÜST bəyan edir ki, həddindən artıq spirtli içkinin qəbulu bir sıra sağlamlıq problemləri yaradır.

Qeyd: Əgər sizi də COVID-19-la bağlı düşündürən suallar varsa, redaksiyamıza ünvanlaya bilərsiniz.(Dominant.az)

pia.az


Etiket: COVİD-19


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

"Nə tez məni xalq düşməni etdiniz?" - Elnarə Xəlilova

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

Ədalət Vəliyev generalla ordudakı vəziyyəti müzakirə etdi

Karantin yenidən sərtləşdirilə bilər? – Rəsmi açıqlama

loading...

Ən çox oxunanalar