Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranskinin yaxını niyə öldürülüb?

Mərhum “oğru” Rövşən Canıyevə (“Rövşən Lənkəranski”) yaxınlığı ilə seçilən kriminal avtoritet Mayıl Mustafayevin (“Hövsan Mayıl”) qətli ilə bağlı müxtəlif mülahizələr var...

Xatırladır ki, Mayıl Mustafayev iyulun 2-də Hövsan qəsəbəsində qətlə yetirilib. Rəsmi məlumata görə, o, şəxsi münasibətlər zəmnində tanışı Aslan Sadıqov tərəfindən qətlə yetirilib.

Amma Mayıl Mustafayevin Rövşən Canıyevə yaxınlığı olayın “kriminal razborka”dan qaynaqlandığına şübhələri artırıb.

2005-ci ildən bu yana Azərbaycanın kriminal dünyasında parçalanma baş verib. Azərbaycanlı “oğru”lar Nadir Səlifovla (“Lotu Quli”) mərhum Hikmət Muxtarov (“Sabirabadlı Hikmət”) arasındakı insidentdən sonra kriminal dünya iki qola ayrılıb: Nadir Səlifovu müdafiə edənlər və ona qarşı olanlar. Bu ikitirəlik Hikmət Muxtarovun ölümündən sonra da davam edib. Rövşən Canıyevin vaxtında isə qarşıdurma pik həddə çatıb və kriminal dünya “rövşənçilər”lə “quliçilər”in mübarizəsi ilə müşayiət olunub. Qarşıdurma nəticəsində hər iki tərəfdən itkilər olub. Azərbaycanın yerlatı dünyasının çox sayda nüfuzlu simaları ikitirləyin qurbanı olub.

Hazırda da Rövşən Lənkəranskinin tərəfdarları ilə Nadir Səlifovu dəstəkləyənlər arasında ziddiyyətlər davam edir. Ara-sıra bu ziddiyyətlər qanlı qarşıdurmalara səbəb olur.

Ehtimal olunur ki, Mayıl Mustafayevin qətli də bu sıradan olan qanlı hadisədir. Hövsan Mayıl Rövşən Canıyevin ən qatı tərəfdarlarından olub. “Rövşənçilər” isə Nadir Səlifovun “oğru” titulunu daşımasını qəbul etmirlər və ona qarşı sərt mövqedə dayanırlar.

Amma bu ehtimalı bölüşməyənlər də var. Çünki Rövşən Canıyevin ölümündən sonra onun ətrafında olanlardan bəziləri bu qarşıdurmanı uzatmağa lüzum görməyib. Ümumiyyətlə, hər iki tərəfdən qarşıdurmaya son verilməsini istəyən avtoritetlər var. Lakin hələ də tam olaraq barışıq əldə edilməyib. Rövşən Lənkəranskinin ölümündə qarşı tərəfin rolunun olması barədə iddialar da barışığın əldə olunmasına mane olan faktorlardandır.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar