Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şəxsən mən utanc, xəcalət hissi keçirirəm” - Sabiq dövlət müşavirindən XİN-də keçirilən əməliyyata reaksiya

Xarici İşlər Nazirliyində baş verənlər və uzun müddətdir ki, nazir və əməkdaşları ilə bağlı müxtəlif iddiaların səsləndirilməsi Azərbaycanın xarici siyasət kursuna və dövlətimizin imicinə necə təsir edir?..

Sabiq dövlət müşaviri: “Müharibə vəziyyətində olan və ərazilərinin 20 faizi işğal edilmiş bir ölkənin Xarici İşlər Nazirliyi yağı düşmənlə ölüm-dirim mübarizəsi aparmaq əvəzinə korrupsiya işlərlə məşğul olurlar”.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli XİN-də aparılan əməliyyatı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində əməliyyat keçirdi.

DTX-nın məlumatında bildirilir ki, XİN-də
“qurumun bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı ...istintaq-əməliyyat tədbirləri” keçirildi.

DTX onu da bildirdi ki, “cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, uzun müddət idi ki, mətbuatda və sosial şəbəkələrdə Xarici İşlər Nazirliyi ilə bağlı ifşaedici məlumatlar dərc edilirdi. Belə məlumatlardan biri də nazir Elmar Məmmədyarivun oğlunun NyuYorkda 4 milyona mənzil alması ilə baölı idi. Maraqlıdır ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ-da 4 milyona mənzil alınmasını təsdiq edərək, bunu nazirin şəxsi işi olaraq dəyərləndirmiş və bu məlumatları yayan jurnalistləri cəzalandırmaq üçün DTX-ya müraciət etdiklərini açıqlamışdı. Bundan sonra Milli Məclisdə də Elmar Məmmədyarov haqqında məlumat yayanlarlın cəzalandırılmasını tələb edən bəyanatlar səsləndirilmişdi.

Qeyd edək ki, DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatdan sonra nazir Elmar Məmmədyarovdan istefa ərizəsinin alınması ilə bağlı mətbuatda iddialar səsləndirilir. Bəs Xarici İşlər Nazirliyində baş verənlər və uzun müddətdir ki, nazir və əməkdaşları ilə bağlı müxtəlif iddiaların səsləndirilməsi Azərbaycanın xarici siyasət kursuna və dövlətimizin imicinə necə təsir edir?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Biri səfirlikdə əli-əyrilik edir, biri dövlətin ayırdığı pulları mənimsəyir, başqa birisi bundan betər işlərlə məşğul olur”.

DTX-nln Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatdan sonra cəmiyyətin əhval-ruhiyyəsinin dəyişdiyini vurğulayan sabiq dövlət müşaviri PİA.az-a açıqlamasında əlavə edib ki, bu kimi hallar döyüşə hazırlaşan, gündəlik təlim keçən ordunun əhval-ruhiyyəsinə, bütövlükdə xalqın baxışlarına çox pis təsir edir:

“Əlbəttə ki, Xarici İşlər Nazirliyində olan bu cür hadisələr dövlətin imicinə pis təsir edir. Yəni müharibə vəziyyətində olan və ərazilərinin 20 faizi işğal edilmiş bir ölkənin Xarici İşlər Nazirliyi yağı düşmənlə ölüm-dirim mübarizəsi aparmaq əvəzinə korrupsiya ilə məşğul olurlar. Məsələn biri səfirlikdə əli-əyrilik edir, biri dövlətin ayırdığı pulları mənimsəyir, başqa birisi bundan betər işlərlə məşğul olur.

Bütün bunlar ortaya çıxandan sonra da cəmiyyətin əhval-ruhiyyəsi dəyişir. Həmçinin bu kimi hallar döyüşə hazırlaşan, gündəlik təlim keçən ordunun əhval-ruhiyyəsinə, bütövlükdə xalqın baxışlarına çox pis təsir edir. Şəxsən mən utanc, xəcalət hissi keçirdirəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar