Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ön xətt bölmələrinin döyüş hazırlığı yoxlanılıb

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib...

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazir müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə Şəxsi Heyət Baş İdarsinin bir qrup zabiti ön xətdə yerləşən bölmələrdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsini yoxlayıb.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçirilən görüşlərdə Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı irəli sürdüyü tələbləri diqqətə çatdıran nazir müavini şəxsi heyətlə döyüş, mənəvi-psixoloji və fiziki hazırlıq, həmçinin hərbi nizam-intizam məsələlərini müzakirə edib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində döyüş qabiliyyətinin artması, şəxsi heyətin vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlığının xeyli yüksəlməsini bildirən nazir müavini orduda ideoloji işin daha da gücləndirilməsini xüsusi vurğulayıb.

Silah, hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi, ictimai-siyasi hazırlıq üzrə nəzəri və praktiki dərslərin keyfiyyətlə keçirilməsi, aparılan fərdi və kollektiv tərbiyə işinin gücləndirilməsi, dostluq mühitinin daha da möhkəmləndirilməsi, düşmənə nifrət hissinin daim aşılanmasının vacibliyi, təşəbbüskarlığın həvəsləndirilməsi, şəxsi heyətin sağlamlığına xüsusi diqqət göstərilməsi, eləcə də Müdafiə nazirinin digər tapşırıqları şəxsi heyətə bir daha xatırlanıb.

Görüşlərdə intensiv döyüş hazırlığının daha da artırılması, gecə və gündüz təlim və məşqlərin keçirilməsi, günün nizam qaydalarına, döyüş növbətçiliyinin tələblərinə ciddi riayət edilməsi ilə bağlı Müdafiə nazirinin tapşırıqları da şəxsi heyətin diqqətinə çatdırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar