Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Radiosu ilə “Türkiyənin səsi” müştərək yayıma başladı - Video

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) son zamanlar bir çox ölkələrin nüfuzlu media qurumları ilə əlaqələrini genişləndirir...

QSC-dən verilən məlumata görə, bu çərçivədə qardaş Türkiyənin Radio və Televiziya Qurumu ilə əməkdaşlıq yeni maraqlı layihə ilə nəticələnib. Azərbaycan Radiosu ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla ilk birgə yayımını həyata keçirib.

“Durna Teli” proqramı Bakıda saat 12:00-ı, Ankarada isə 11:00-ı göstərərkən başlayıb. Verilişə telefon bağlantısı ilə qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki dövlət arasında əməkdaşlıqdan danışıblar, yeni layihənin xalqlarımızın qardaşlıq münasibətlərinə töhfə verəcəyini bildiriblər.

“Türkiyənin səsi” radiosunun Ankaradakı studiyasının qonağı olan Azərbaycan Televiziyasının Türkiyə təmsilçisi Yalçın Tahiroğlu isə televiziyamızın keçdiyi şərəfli yol, son dövrdə aparılan köklü islahatlar, efir keyfiyyəti, proqramların forma və məzmunundakı yeniliklərdən bəhs edib.

“Durna teli” proqramı ilk mərhələdə hər həftənin cümə günü Bakı vaxtı ilə 12:00-da yayımlanacaq. Gələcəkdə birgə layihələrlə bağlı əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. 41 dildə yayımlanan “Türkiyənin səsi” radiosu ilə əməkdaşlıq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, bu ilin fevral ayında Bakıda Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio və Televiziya Qurumu arasında əməkdaşlığa dair yeni protokol imzalanıb. İki radionun ortaq yayıma başlaması məhz həmin sənəddə nəzərdə tutulan geniş əməkdaşlıq planlarının yalnız bir nümunəsidir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

"Nə tez məni xalq düşməni etdiniz?" - Elnarə Xəlilova

Ədalət Vəliyev generalla ordudakı vəziyyəti müzakirə etdi

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

Karantin yenidən sərtləşdirilə bilər? – Rəsmi açıqlama

loading...

Ən çox oxunanalar