Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19 AzTV-ni niyə “qaralayıb”?

Koronavirusa yoluxan əməkdaşların sayı artır...

Son günlər Azərbaycan Dövlət Televiziyası (AzTV) əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılır. Hətta, bir neçə gün öncə kanalın əməkdaşı Samir Nemətzadənin ölümü və daha sonra yayılan səs yazısı müzakirə və mübahisələrə səbəb olmuşdu. Bu günə qədər isə AzTV-nin iki əməkdaşı koronavirusdan vəfat edib, 5 əməkdaşı isə xəstəxanada müalicə alır.

Bu gün də Dövlət Televiziyasının daha iki əməkdaşı koronavirusa yoluxub. Belə ki, televiziyanın əməkdaşları Rövşən Binnətli və Fikrət Adıgözəllinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Maraqlıdır, AzTV-də pandemiyaya yolxuma hallarının artması nə ilə bağlıdır? Qurumun Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nərgiz Rəfiyeva AYNA-ya açıqlamasında deyib ki, Respublikada virusa yoluxma sayının sürətlə artması AzTV-dən də yan keçməyib: “Bundan əvvəl də televiziyada xoşagəlməz hadisə baş vermişdi və iki əməkdaşımız koronavirusun qurbanı olmuşdu. Əməkdaşlarımızın əlavə xroniki xəstəlikləri də olduğu üçün virusa müqavimət göstərə bilməyib və belə bir hadisə baş verib”.

“Bu gün daha iki əməkdaşımız - Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub və hər iki əməkdaşımız xəstəxanaya yerləşdirilib. Təəssüf ki, onların da xroniki xəstəlikləri var. Fikrət Adıgözəlli xəstəxanaya yerləşdirilməzdən əvvəl də müalicə alırdı. Rövşən Binnətli də özünü narahat hiss etməyə başlamışdı. Buna baxmayaraq, vəziyyətləri o qədər də pis deyil. Ümid edirəm ki, hər ikisi sağalıb yaxın günlərdə evlərinə dönəcək”, - Rəfiyeva bildirib.

O, əlavə edib ki, televiziyada mütəmadi olaraq dezinfeksiya işləri aparılır: “Bununla yanaşı, davamlı olaraq anti-bakteriyal maddələrdən istifadə edilir. Bütün əməkdaşlar isə ciddi nəzarət altındadır”.

pia.az


Etiket: COVİD-19 AZTV


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar