Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı Rusiya-Ermənistan informasiya diversiyası

Zərdüşt Əlizadə: “Azərbaycan öz ərazisindən İrana qarşı təxribat üçün istifadə olunmasına imkan verməyəcək”...

Azərbaycan Müdafiə Nazirliyi Rusiya KİV-lərində yayımlanan, Rusiyanın  “Konteyner” RLS-nin Azərbaycanın hava məkanından İrana zərbələr endirən naməlum təyyarələr aşkarladığı barədə yayılan məlumatlara münasibət bildirib. “Erməniyönümlü qüvvələr tərəfindən yayılan bu xəbər əsassız və yalandır. Belə məlumatların yayılması Azərbaycan-İran münasibətlərinin pozulmasına yönəlib. Aydın məsələdir ki, iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədi ilə məlumatların yayılması qəsdən ortaya atılan təxribatdan başqa bir şey deyil. Bildiririk ki, bu günə qədər Azərbaycan ərazisindən qonşu İran İslam Respublikasına qarşı heç bir addım atılmayıb və gələcəkdə də atılmayacaq”, - deyə Nazirliyin məlumatında qeyd olunur.

 

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində deyib ki, dünyanın bir çox KİV-lərində İrandakı obyektin İsrail təxribatı nəticəsində partladıldığını iddia edir: “Bunun Azərbaycan ərazisindən edildiyini düşünmürəm. Ümumiyyətlə, inanıram ki, Azərbaycan heç bir halda İrana qarşı hansısa təxribat əməliyyatı üçün öz ərazisini nə İsrailə, nə də ABŞ-a verər. Azərbaycan hakimiyyətinin icazəsi olmadan İsrail heç vaxt belə bir addım atmağa cəsarət etməz”.

Onun sözlərinə görə, İranın özündə də İsrail agentləri çoxdur: “MOSSAD dünyanın ən güclü kəşfiyyat xidmətlərindən biridir və İranda da yəhudilər yaşayır. Adətən yəhudilər yaşadıqları yerlərdə İsrail üçün çalışırlar. Vaxtı ilə İranın nüvə fiziklərinin İsrailin təxribatçıları tərəfindən öldürüldüyü barədə də məlumatlar yayılmışdı. Buna görə də Azərbaycanı bu məsələlərə qatmaq mənasızdır. Hər hansı bir İsrail vətəndaşı Azərbaycana gələ, burada məlumatlar əldə edə bilər, amma Azərbaycan hakimiyyəti öz ərazisindən İrana qarşı təxribat üçün istifadə olunmasına imkan verməyəcək”.

Politoloq onu da bildirib ki, indi Azərbaycanla Ermənistan arasında ümumi müharibənin bir hissəsi kimi informasiya müharibəsi də gedir: “Bu informasiya müharibəsində ermənilər Azərbaycana qarşı yalan və ağıllarına gələn böhtanlardan istifadə edirlər. Təəssüf ki, Azərbaycan tərəfdən bu müharibəni aparanlar sırasında çox sayda qeyri-peşəkarlar, savadsız adamlar var ki, onların da fəliyyəti nəticəsində ermənilər bizi informasiya savaşında üstələyir. Biz ermənilərin ölkəmizə böhtan atmasına, informasiya təxribatını təşkil etməsinə imkan veririk. Sonuncu hadisənin Azərbaycana qarşı Rusiya-Ermənistan informasiya diversiyası olmasını isitisna etmirəm”.

İran-Azərbaycan münasibətlərindən danışan Z.Əlizadənin dediyinə görə, İran Prezidenti kürsüsündə kimin oturmasının xarici siyasətə az təsiri var: “İranda kimin Prezident olmasından asılı olmayaraq, Tehran-Bakı münasibətləri dəyişmir və durmadan inkişaf edir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar