Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran koronavirusa yoluxanların sayına görə TOP-10-a düşdü

Dünyada koronavirusa yoluxma sayına görə TOP-10 ölkələrin siyahısında dəyişiklik baş verib..

“Report” TASS-a istinadən xəbər verir ki, İtaliya ilk “10-luğ”u tərk edib, onun yerini isə İran tutub. Avropa ölkələri arasında TOP-10-da yalnız Böyük Britaniya (7-ci yer) və İspaniya (9-cu yer) qalıb.

Dünyada koronavirusa yoluxanların sayına görə lider olan ABŞ-da xəstələrin ümumi sayı artıq 3 milyonu keçib, koronavirus səbəbi ilə 130 mindən çox adam ölüb.

Eyni zamanda sıralamada üçüncü olan Hindistanda yoluxanların sayı artıq 700 mini, ölənlərin sayı isə 20 mini keçib.

Koronavirusun Asiyadakı əsas ocağı olan Hindistanla yanaşı, infeksiya Cənubi Asiyanın bir sıra digər ölkələrində, eləcə də Yaxın və Orta Şərqdə sürətlə yayılmağa davam edir.

İran COVID-19 xəstələrinin sayında 245 min nəfər göstəricisini keçməklə siyahıda 10-cu yerə çıxıb. Bu, üç ay əvvəl siyahıda liderlərdən biri olan İtaliyanın (241,8 min yolxuma) 11-ci yerə düşməsi ilə nəticələnib.

İranda koronavirus səbəbindən ölənlərin sayı 11,9 mini ötüb – bu, dünyada 9-cu göstəricidir.

Yoluxanların sayında sürətli artım həmçinin Pakistan (234,5 min nəfər, dünyada 12-ci yer), Səudiyyə Ərəbistanı (213,7 min, 13-cü yer), Banqladeşdə (168,6 min, 17-ci yer) davam edir.

Türkiyədə vəziyyət sabitləşir - son bir həftədə orada gündəlik 1,1 min yeni yoluxma hadisəsi aşkar edilir. Yoluxanların ümumi sayına (205,7 mindən çox insan) görə ölkə dünyada 14-cü yeri tutur.

İraqda yoluxanların sayı 60 min nəfər həddini aşıb.

Ümumilikdə pandemiya zamanı 11,7 milyondan çox insan koronavirusa yoluxub, 541 mindən çox insan COVID-19-un qurbanı olub.

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar