Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-da "islahat" - Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini yarıbayarı azaltdı

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərib...

Nəticədə SOCAR-ın müvafiq əmri ilə xərclərin azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

PİA.az-a modern.az-a istinadən xəbər verir ki, bu tədbirlərin davamı olaraq əmək haqqı xərclərinin azaldılmasını təmin etmək məqsədi ilə SOCAR tərəfindən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ANQSİHİRK) müraciət olunaraq, SOCAR-da çalışan işçilərin səlahiyyətli nümayəndəsi kimi peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı münasibət bildirilməsi xahiş edilib.

Komitə tərəfindən SOCAR-ın müraciətinə baxılıb və 22 iyunda keçirilmiş iclasda aylıq əlavə ödəniş məbləğlərinin azaldılmasına razılıq verilib.

Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev əmr imzalayıb. Əmrdə deyilir:

“1. SOCAR-ın 28 dekabr 2015-ci il tarixli SOCAR/15-1000/01/SM-04-000099 nömrəli “Əməyin təşkili və normalaşdırılması sahəsində standartların təsdiq və tətbiq edilməsi” haqqında əmri ilə təsdiq edilmiş “Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması (SOCARSS-010.2015)” standartına və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 19-cu Əlavəsinə əsasən, peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödənişlərin məbləğlərinin 01 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı tədbirlər görülsün.

2. Baş ofisin İnsan Resursları Departamentinə, İqtisadiyyat və Uçot İdarəsinə və SOCAR-ın strukturuna daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, bu əmrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi təmin edilsin.

3. Bu əmrin icrasına nəzarət SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova həvalə edilsin”.

SOCAR-ın İcitmai əlaqələr və təbdbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib:

“Dünayada baş verən pandemiya ilə bağlı şirkətin gəlirlərində yaranmış azalmalar səbəbindən əsas maaş olduğu kimi saxlanılmaqla, maaşa əlavələr 50 faiz azaldılıb”.

pia.az

 


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar