Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Azərbaycan büdcəsinin əsas vergi ödəyicisi olan SOCAR-da hazırda maliyyə-iqtisadi vəziyyət necədir?

İqtisadçı-ekspert: “SOCAR-ın maliyyə-iqtisadi vəziyyəti indi pisləşməyib”.

“Gələcəkdə SOCAR-ın sərmayə qoyuluşu və inkişafa yönələn layihələrində problemlərin ortaya çıxması gözləniləndir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli SOCAR-dakı hazırkı maliyyə-iqtisadi vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərib. Nəticədə SOCAR-ın müvafiq əmri ilə xərclərin azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı olaraq əmək haqqı xərclərinin azaldılmasını təmin etmək məqsədi ilə SOCAR tərəfindən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ANQSİHİRK) müraciət olunaraq, SOCAR-da çalışan işçilərin səlahiyyətli nümayəndəsi kimi peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı münasibət bildirilməsi xahiş edilib.

Ümumiyyətlə Azərbaycan büdcəsinin əsas ödəyicisi olan SOCAR-dakı hazırkı maliyyə-iqtisadi vəziyyəti necə dəyərləndirmək olar və gələcəkdə şirkətin sərmayə qoyuluşu və inkişafa yönələn layihələrində problemlər ortaya çıxa bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “SOCAR yenidən qurulmalıdır və onun icra mexanizmləri də yenidən təşkil edilməlidir”.

Fevral ayından başlayaraq neftin qiymətində azalmaların müşahidə olunduğunu xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu azalmalara görə də SOCAR-da problemlər yaranmağa başlayıb:

“SOCAR-ın maliyyə-iqtisadi vəziyyəti indi pisləşməyib. Azərbaycan büdcəsinin əsas ödəyicisi SOCAR-da düzgün olmayan idarəçiliyin hökm sürdüyü çoxlarına məlumdur. O da məlumdur ki, fevral ayından başlayaraq neftin qiymətində azalmalar müşahidə olunmaqdadır. Bu azalmalara görə də SOCAR-da problemlər yaranmağa başladı. Hətta SOCAR-ın bir neçə iri layihələrində də problemlər hiss olundu.

Qeyd edim ki, SOCAR-ın tək ölkədəki layihələrində və ana xəttində problemlər görünmədi. SOCAR-ın bir neçə obyekti Gürcüstandadır. Məlum pandemiya səbəbindən Gürcüstanda 2 ay karantin rejimi tətbiq edildi. Buna görə də şəhərdə demək olar ki, maşınlara rast gəlinmirdi. Bu da SOCAR-a qaz, benzin satışı cəhətdən ziyan vurdu. Eyni vəziyyət Ukraynada da hökm sürdü və bu da SOCAR-a ziyan vurdu.

Gələcəkdə də SOCAR-ın sərmayə qoyuluşu və inkişafa yönələn layihələrində problemlərin ortaya çıxması gözləniləndir. Hesab edirəm ki, SOCAR yenidən qurulmalıdır və onun icra mexanizmləri də yenidən təşkil edilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar