Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Deputatdan icra hakimiyyətinin “olmaz” xəbərdarlığına reaksiya...

Nazirlər Kabinetinin qərarları əsasdır. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən mağazanın tekstil şöbəsinin bağlanması tələbini irəli sürməsi qeyri-qanunidir”.

Bunu Oxu.Az-a açıqlamasında 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Fazil Mustafa deyib.

O, Sabunçu Rayon İcra Hakimiyyətinin “Megastore” supermarketində keçirdiyi reyd zamanı mağaza rəhbərliyi qarşısında tekstil və oyuncaqların satılmaması tələbini qoymasının hüquqi cəhətdən düzgün olmadığını bildirib.

Mllət vəkili qeyd ki, Nazirlər Kabinetinin qərarlarında nə nəzərdə tutulubsa, sahibkarlar da, yerli icra orqanları da ona əməl etməlidirlər.

“Yerli icra hakimiyyəti orqanlarının Nazirlər Kabinetinin qərarını dəyişməyə ixtiyarı və səlahiyyəti yoxdur”, - deyə F.Mustafa əlavə edib.

Xatırladaq ki, Sabunçuda Sakit Qocayev 27C ünvanında yerləşən “Megastore”da icra başçısı Adil Vəliyevin iştirakı ilə keçirilən reyddə mağaza rəhbərliyinə xəbərdarlıq edilib.

Xəbərdarlığa əsasən, xüsusi karantin rejimi dövründə mağaza daxilində tekstil, xırda məişət avadanlıqlarının və uşaq oyuncaqlarının satışı həyata keçirilə bilməz.

Əks təqdirdə mağaza rəhbərliyinin cərimələnəcəyini bildiriblər.

Nazirlər Kabinetinin qərarında isə sərtləşdirilmiş xüsusi karantin rejimi zamanı mağazaların fəaliyyətinə, xırda məişət avadanlıqlarının satışına icazə verilib.

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar