Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dərman almağa pulum yoxdur, evimi satışa qoymuşam” 

Tanınmış aktyor Allahverdi Yolçuyevin müsahibəsini təqdim edirik...

- Allahverdi müəllim, səhhətiniz necədir? Sağlıq durumunuzla bağlı problemi ictimailəşdirəndən sonra qayğınıza qalan oldu?

- Səhhətim əvvəlki kimidir, yeni heç bir irəliləyiş yoxdur. Necə deyərlər, köhnə hamam, köhnə tas. Bu xəstəliyin müalicəsi yəqin ki, başqa yerdə olar, Azərbaycanda daha həkim qalmadı yanına getmədiyim, hamısı eyni şeyi deyir. O gün Elxan Şirinovla eyni verilişdə qonaq idik, onda da bu xəstəlikdən var. Deyir ki, Kiyevdə həkim var. O da tərslikdən koronavirus vaxtına düşdü, gedə bilmədim. Elxan müəllimə dedim ki, sən gedərsən, sonra görüm mən hardan pul tapıram. Evi satəşa qoymuşam. Mənə elə gəlir ki, bu nevrozdur, çünki günün bir hissəsi əlim daha çox əsir, bir də görürsən dayanır. Bax. Hazırda sizlə danışa-danışa da başladı. Deyəsən yadına saldım, başladı əsməyə (gülür). Evdə də dərmanlar atıram. O dərmanların da bir şeyə xeyri varsa, digər şeyə ziyanı var. Evdən də çölə çıxmırıq, qanun-qaydalara riayət edirik, amma hər halda sinirlə bağlı xəstəliyi olanlar hərdən bir gəzməlidir. Pul olsa hər şey yaxşı olar, o da yoxdur. 190 manatı da vermədilər, bilmirəm niyə? Onların nömrəsini də bilmirəm ki, soruşam. Mənə bir cavab gəlmədi ki, sizə düşür ya yox. Onu da almadım.

- Bir neçə ay əvvəl saytımıza müsahibə verəndə, həm də maddi vəziyyətinizin ağır olduğunu bildirmişdiniz. Bu açıqlamanızdan sonra sizə kömək edən oldumu?

- Yardım edən olmadı. Amma sizin yazınızdan sonra “Milano hospital”ın rəhbəri Xuraman xanım məni təmənnasız müayinə etdi. Öz cibinin puluyla mənə kömək etdi. Bir dəfə də çağırdı, çünki mənim prostatımda da problem var, orada analiz verdim. Çıxanda müavini mənə bir zərf uzatdı ki, Xuraman xanım xahiş edir bunu götürəsiniz. 200 manat pul idi. Sağ olsun. Ondan başqa heç kəs.

- Yazıçıların poliklinikası var. Xəstə yazarlar ora müraciət edib, tibbi yardım ala bilirlər. Aktyorlara xidmət edən belə tibb müəssisəsi varmı? Aktyor xəstələnəndə, onun müalicəsini kim təşkil edir?

- Aktyorlar üçün belə bir tibb ocağı yoxdur. Gorumuz var ki, kəfənimiz də ola? O vaxt da yazıçıların sanatoriyası, poliklinikası vardı. Onların işi çətindir də bizdən (gülür).

- Hansısa filmdən, yaxud serialdan təklif almısınızmı? Əgər belə bir təklif olsa, qəbul edərsinizmi?

- Bəli, almışam. “Oscar Film Production”dan təklif almışam. Oranın rəhbəri Yaşar Əhmədov mənim çoxdankı dostumdur. Onlar bir serial çəkmək istəyirlər. Mənə də həmin serialda bir obrazı təklif ediblər. Mən də oxudum, bəyəndim, qəbul etmişdim, amma karantinlə bağlı çəkilişlər dayandırılıb. Yəqin ki, karantindən sonra davam edər. Bundan başqa dublyaj edirəm, sağ olsun “Xəzər” komandasını, arada çağırırlar. Həfətə bir-iki dəfə ora gedirəm.

- Son illər çəkilən film və serialların səviyyəsi sizi qane edirmi?

- Bilirsiniz, indi ssenarilər tələm-tələsik yazılır, çəkilir. Əvvəl dövlət tərəfindən sifariş olurdu, Azərbaycan kinostudiyasında çəkirdilər. İndi həmin kinostudiya bağlıdır, 30 ildir işləmir, təmir olunmayıb. Yəqin ki, o kinostudiya təmir olunandan sonra yaxşı filmlər çəkilər. Sizi inandırım ki, Azərbaycanda istedadlı gənclər çoxdur. Taleh Yüzbəyov var, çox ağıllı, istedadlı oğlandır. Ona, Rövşən İsaqa imkan ver, gör nələr yaradırlar. “Niyə?”ni çəkən oğlan Əziz də istedadlı gənclər arasındadır. Amma neyləmək olar. Ssenari yazanlar da o qədər yerdən sifariş alırlar, çatdırmırlar. Bir tərəfdən də büdcə problemi. Büdcə olsa bu cavanlar od-alovdurlar, hər şey edə bilərlər. Yaxşı aktyorlarımız, operatorlarımız var, sadəcə maliyyə dəstəyi olmalıdır. Hələ çox istedadlar da yatıb, onları tapmaq, yol göstərmək, maliyyə dəstəyi vermək mümkün olsa, çox şey yaratmaq olar. Bəzi saytlar mənim bir şəklimi veriblər qarşımda papaq, guya pul dilənirəm. O da yaman səs-küy yaratdı. Deyirəm, əşşi, o köhnə şəkildir, altına nə yazmışam ki? Deməmişəm pul dilənirəm. Mən deyirəm ki, vaxtında hər birimizə diqqət olmasa, müəyyən illər sonra bu vəziyyətə düşə bilərik. Düşməmişik, düşə bilərik. Azərbaycanlılar qohumcanlıdır, qohum-əqrəba, dost-tanış kömək edir. Onun da müəyyən bir vaxtı var, həmişə olası deyil ki. Təki dərd olmasın, koronavirus bəlası olmasın. Karantin də bitsin. Insanlar öz işlərinə qayıtsınlar. Bundan sonra kinolar da çəkilər, teatrlar da öz qapılarını açar. Aktyorlar üçün teatrsız qalmaq çətindir, onlar teatrın tozuna-torpağına bağlı insanlardılrlar, həssasdırlar. Obrazların hər biri elə bil aktyorun övladıdır. Aktyorlara səhnəsiz çox çətindir, vallah. Mənə də o cümlədən. Məni də teatra götürmürlər, götürsəydilər gedib işləyərdim. Mənim yaşıma uyğun obrazlar da var. Amma deyirlər ki, ixtisardır, yer yoxdur filan... Hələ ki, yeni Mmədəniyyət naziri təyin olunmayıb, yəqin ki, təyin olunduqdan sonra bir şey olar. Nə yaxşı ki, Qənirə PaşayevaMilli Məclisin Mədəniyyət komitəsinin sədri seçdilər. İnanıram ki, onun da aktyorlara böyük dəstəyi olacaq. Yaxşı, bacarıqlı insanları vəzifəyə təyin edəndə adama ləzzət edir. Öz-özünə deyirsən ki, bax, bu yerindədir. Amma elə məmurlar olur ki, heç səni tanımır. Məni xalq tanıyır, siz müvəqqəti bu gün işdəsiniz, sabahsa yox. Amma mən əbədi bu sənətdəyəm. Səhnəyə çıxsam da, çıxmasam da. Hamı məni Ovçu Pirim kimi, filmləri səsləndirən kimi tanıyır, avtobusda səsimi eşidəndə hamı dönür baxır. Bu səs yəqin ki, yadda qalan bir səs olub. Amma mən səhnədə çox şey edə bilərəm. Bir ara ailəmə görə toylara getdim ki, dörd qızı saxlayım. Dörd qız, beş nəvə... Müsəlman belədir də, çalışır, vuruşur, onu düşünür, bunu düşünür, bir də görür özü gedir. Mən ümidimi itirmirəm. Yaxşı insanlar çoxdur. Bax, o yaxşı insanlara görə dünya fırlanır.(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar