Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə mobil işçi qruplar reydlər keçirir

Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir...

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Füzuli rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilib.

Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak edib, Zobucuq, Qayıdış qəsəbələrində və Bala Bəhmənli kəndi ərazisində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində olub satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

Mobil qruplar tərəfindən Füzuli rayonu rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar