Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP Bakıda mobil postların sayının artırılmasına aydınlıq gətirdi

Bakıda xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş mobil polis postlarının sayında artım müşahidə olunur. Belə ki, bu gün səhər paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparıb...

PİA.az xəbər verir ki, bununla bağlı APA-nın sorğusunu cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərini əhatə edən bütün küçə və prospektlər polis əməkdaşlar tərəfindən tam nəzarətə götürülüb: “Xidmətdə müvəqqəti mobil postların yaradılaraq təşkil edilməsi ilə bağlı göstəriş var. Hazırda bu cür xidmət aparılır. Sərt karantin rejiminə nəzarəti əməkdaşlarımız bir neçə üsulla həyata keçirir. Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”.

Vaqif Əsədov vətəndaşlara müraciət edərək zərurət yaranmadıqca onları şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb: "Bəzi vətəndaşlar stasionar postların yığışdırılmasını karantin rejiminin başa çatması kimi başa düşür. Vətəndaşlara bildiririk ki, sərt karantin rejimi davam edir. Vətəndaşlara icazələrinin olub-olmadığını yoxladıqdan sonra evdən çıxmalarını məsləhət görürük. Qoruyucu vasitələrdən istifadə etmənin vacibliyini onların diqqətinə çatdırırıq”. 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar