Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin icazəsini radar müəyyən edəcək

“Kamera radarları vasitəsilə sürücülərin icazəsinin olub-olmadığını müəyyənləşdirə bilirik”...

PİA.az xəbər verir ki, bu barədə AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında yayımlanan reportajda Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli məlumat verib. O qeyd edib ki, Dövlət Yol Polisi xüsusi texniki vasitələrlə qeyd olunan icazələri kameralar vasitəsilə də müəyyənləşdirə bilir: “Ona görə də vətəndaşlarımıza bildiririk ki, yollarda hərəkəti maksimum azaltsınlar. Bütün bunların məqsədi təmasın azaldılmasıdır”.

Xatırladaq ki, bir müddət əvvəl paytaxt ərazisində postlar ləğv edilmişdi. Bildirilmişdi ki, bundan sonra hərəkət iştirakçılarına kameralarla nəzarət olunacaq. Bunun üçün isə müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir. K. Əliyev qanunvericiliyə dəyişikliyin edilməsi istiqamətində hazırda məsələnin nə yerdə olmasından xəbərdar olmadığını vurğulayıb. O qeyd edib ki, qanunverici orqanda Məcəlləyə dəyişiklik olarsa, bu barədə ictimaiyyət məlumatlandırılacaq.

pia.az


Etiket: icazələr radar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar