Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır 

“Son 10 ili bir çox banklar bağlanıb və çoxları öz halal pulunu bu günə qədər də ala bilmir. Nə üçün həmin bank sahiblərinə qarşı sərt tədbirlər görülmür?”

“Axı hamı bilir ki, o pullar buxarlanmayıb, bank sahibləri tərəfindən mənimsənilib. Elə bu günün özündə həmin bankirlər o villalarda yaşayır və bahalı maşınlarda şütüyürlər”.

PİA.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov özünün “Facebook” hesabında yazıb.

Vəkil qeyd edib ki, həmin banklara nəzarəti həyata keçirən, vətəndaşların halal pullarının mənimsənilməsinin qarşısını almalı olan Mərkəzi Bankın sədri Elman Rüstəmovun elə özünün dövlətə 1 milyarda yaxın borcu var.

“Bu borc barədə mətbuatda məlumatlar getdi, ancaq heç kim tərəfindən aydınlıq gətirilmədi…”- deyə, o, sözlərinə əlavə edib.

Unikal.org-un isə əldə etdiyi məlumata görə, sözügedən 1 milyard manat  vəsaiti E.Rüstəmov “DekaBank”, “StandartBank”, “ZaminBank” və digər bağlanan, eləcə də hazırda fəaliyyətdə olanda bir sıra banklardan dostları və qohumlarının şirkətlərinin adına şəxsi mənafeyi üçün alıb. Bildirilib ki, AMB-nın rəhbərinə həmin vəsaiti dövlətə qaytarmağa ilin sonuna kimi vaxt verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar