Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı - Təfərrüatlar

Cinayət işinin təfərrüatları açıqlandı...

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

PİA.az-ın xəbərinə görə, DTX-nin saytının yaydığı açıqlamada bildirilib ki, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket: DTX


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cahangir Əsgərovun AZAL-ın gəlirlərindən formalaşan "biznes imperiyası" - Siyahı

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələrini əlindən aldı

“Rusiya Azərbaycanlıları Konqresini Ramiz Mehdiyev dağıtdı”

“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı

Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”

Rus ruhani Ayasofyada müəzzinin ölümünü “Tanrı cəzası” adlandıranları sərt qınadı...

"Neft qiymətləri ucuzlaşanda büdcəni "yeyən"lər yada düşür" - Qubad İbadoğlu

Müdafiə Nazirliyi Tovuzla bağlı məlumat yaydı: Düşmən PUA-sı vuruldu

loading...

Ən çox oxunanalar