Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu dərmanlar koronanı məhv etmir, almayın

"Aviqan" kimi tanınan "Favipiravir" preparatının koronavirusa təsiri olması barədə əldə birmənalı məlumat yoxdur. Yəni Ümumdünya Səhiyyə Təşkilatı da bu haqda rəy verməyib... 

Bu sözləri Axar.az-a professor Adil Qeybulla "qara bazar"da 5 min manata satıldığı iddia edilən "Favipiravir"in koronavirusa təsiri barədə danışarkən deyib.

Professor bildirib ki, bu virusun müalicəsi üçün spesifik, antiviral dərman yoxdur:

"Bütün müalicə ümumi bədənin möhkəmlənməsinə və baş verən dəyişikliklərin korreksiyasına yönəlir. İnsanlar bunu anlamalıdır. Bir ara "Arbidol" adlı preparat adı çəkildi ki, virusun müalicəsində keyfiyyətlidir. Rusiya bu dərmanın satışından 2.4 milyard dollar pul qazandı. Bu, mənasız və heç biri təsiri olmayan dərman idi. Həmçinin "Kaletra" preparatı da bu qəbildəndir. Ümumdünya Səhiyyə Təşkilatı elan etdi ki, bunlar təsirsiz dərmanlardır. Bədəni bunlarla zəhərləmək lazım deyil. İnsanlar bu cür informasiyanın arxasınca gedir deyə, dəllallar ortaya çıxır. Ümumdünya Səhiyyə Təşkilatının bülletenləri var. Əsas məsələ orqanizmin, immun sisteminin möhkəmləndirilməsi və situasion müalicədir. Yəni hər bir xəstədə vəziyyətə uyğun müalicə aparılır".

A.Qeybulla onu da bildirib ki, virusun müalicəsində keyfiyyətli dərman "Remdesivir" preparatıdır:

"Remdesivir" adlı preparat denqe qızdırması zamanı istifadə olunan dərmandır. Bu dərman effektli və çox bahadır. Onun Azərbaycana gətirilməsi real deyil".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar