Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb

73 obyektdə qayda pozuntusu aşkarlanıb... 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 10 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 113 ərzaq satışı mağazası olmaqla ümumilikdə 154 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:
"Neskafe", "Aqil", "Diamond 1", "Çinar" və "Günay" marketlər, Quliyev Eldar Əliağa oğluna, Qurbanov Mehran Hacı oğluna, Qədirov Qədir Möhlət oğluna, Əliyeva Səbinə Sabir qızına, Əliyev Osman Cəlal oğluna, Piriyeva Kifayət Bəxtiyar qızına, Seyidov Rəşad Rövşən oğluna, Namazov Bəhruz Kamal oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda "Fərid", "Yol", "Efes" marketlər
Sumqayıt şəhərində "Gündüz", "Mikayıl" və Rəcəbli Ayət Nazim oğluna məxsus ərzaq mağazaları.

Xaçmaz rayonunda Həbibova Gülnarə Hacıbaba qızına məxsus "Mərkəzi bazar"ı (fəaliyyəti məhdudlaşdırılıb)

Quba rayonunda Süleymanov Rasif Aydın oğluna və Məmmədova Gülnarə Qədir qızına məxsus marketlər.

Göyçay rayonunda Qəhrəmanov Ələkbər Rizvan oğluna, Babayev Pərviz Çingiz oğluna, İbrahimov Kamal İmran oğluna, Dəmirov Ramin Hacıbaba oğluna, Dəmirov Toğrul Hacı oğluna məxsus ərzaq mağazaları və "Oba" market
Ağsu rayonunda Orucov Sadiq Vahid oğluna məxsus restoran, Salmanlı Sahil Binas oğluna məxsus dönərxana, Şıxıyev Fərhad Sabir oğluna məxsus kafe, Qarayev Cəlal Aslan oğluna, Mustafayev Vasif Qəhrəman oğluna və İmanov Kamran Qürbət oğluna məxsus kafelər (son 3 kafenin fəaliyyəti məhdudlaşdırılmışdır)
İsmayıllı rayonunda Hüseynov Ağaələkbər Abdulla oğluna məxsus ət satışı mağazası və Mustafayev Həqiqət Xalı qızına məxsus "Mustafa" market.

Tərtər rayonu, Dörd Yol qəsəbəsində Əliyev Şəhriyar Zaman oğluna məxsus dönərxana, Abbaszadə Qardaşxan Əkbər oğluna, Məhərrəmov Coşqun Qorxmaz oğluna, Abışov Pünhan Zülfü oğluna, Məmmədov Pərvin Aydın oğluna, Əliyev Rəşad Bəhmən oğluna, Quliyeva Pərvanə Bakir qızına və Məmmədov Cavid Vilayət oğluna məxsus ərzaq mağazaları.

Balakən rayonunda Muradov Tamazi Novruz oğluna məxsus market, Xudayev Həsən Osman oğluna məxsus kafe.

Qəbələ rayonunda Kərimov Mənsur Eldar oğluna və Kazımov Nizami Mövsüm oğluna məxsus ərzaq mağazaları.

Oğuz rayonunda İbrahimov Gündüz Bəhram oğluna məxsus ərzaq mağazası
Göygöl rayonunda "Sevimli", "Miramal", "Leyla", "Kirvə" marketlər, Hüseynova Səidə Telman qızına, Məmmədov Elnur Malik oğluna, Xuduyev Rasim Qəhrəman oğluna,Qocayev Arzuman Bəndalı oğluna və Ələkbərov Abil İdris oğluna məxsus ərzaq mağazaları.

Qazax rayonunda "Xanlıqlar", "Yelkən", "Dostlar", "Ağbulaq" kafelər, Cəfərov Məhəmməd Telman oğluna məxsus "R.T" ərzaq mağazası
Tovuz rayonunda "Araz" kafe
Ağstafa rayonunda "İpək yolu" kafe
Zərdab rayonunda "Novruz", "3 qardaş", "Dayanacaq", "Beko", "Zərdab", "Taxtalı", "Dalğalı" kafelər, Məmmədov Müşfiq Məhəmməd oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

pia.az 


Etiket: AQTA


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası: Bentley, Range Rover, Mercedes... - Foto

Erkin Qədirli müəllimlərin maaşlarının 50% endirilməsini təklif edib?

“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov  

"Ziya Məmmədovun indi durub Ramiz Mehdiyevi müdafiə etməsi..."

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Bakıda taksi sürücüsü baş redaktoru baltalamaq istədi – Anbaan video

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı 

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

loading...

Ən çox oxunanalar