Şənbə, 15 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prokurorluq Bərdədəki güllələnmə hadisəsi ilə bağlı məlumat yaydı

İyulun 12-i saat 06 radələrində Bərdə rayonu, Otuzikilər kənd sakini 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə atəş açılaraq xəsarət yetirilməsi barədə məlumat daxil olub... 

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi - Yenilənib, Foto, Video

Eldar Həsənova qarşı irəli sürülən ittihamlar

"Mirhəsən Seydiova görə Avropa Məhkəməsinə qədər gedəcəyik"

Koronavirus ilin sonunadək davam edəcək – Yeni açıqlama

MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

General Həşimovu vuran kapitan Milli Qəhrəman adına təqdim olundu...

Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi - Video

Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı

“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”

Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib

loading...

Ən çox oxunanalar