Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarovadan mənəviyyatsız paylaşım - Azərbaycan-Ermənistan sərhədində baş verənləri lağa qoyub

Rusiya XİN-in qeyri-adekvat davranışları və açıqlamaları ilə tanınan sözçüsü Mariya Zaxarovanın son “feysbuk” paylaşımı ciddi narazılığa və müzakirələrə səbəb olub... 

“AzPolitika.info” xəbər verir ki, M.Zaxarova son günlər Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə, gərginliyə işarə edərək, yazıb: “Bax, bircə Piter Forumu və Bakıda “Jara” çatışmır. Siz yəqin başa düşürsünüz.”

Bununla əqli və ruhi problemlərinin olduğu nəinki xaricdə, rusiyalıların özlərində də şübhə doğurmayan Zaxarova sərhəddəki toqquşmanı və ümumilikdə Azərbaycanla Ermənistan arasındakı savaşı, gərginliyi lağa qoyub.

Qeyd edək ki, onun dediyi Piter Forumu Sankt-Peterburqda hər il keçirilən iqtisadi forumdur. Ötən il bu foruma Abxaziya və Cənubi Osetiyanın qondarma qurumlarının təmsilçiləri də dəvət olunmuşdu. “Jara” dedikdə isə son illər Bakıda keçirilən musiqi festivalını nəzərdə tutur.

Özündən olsa, incə formada sərhəddə baş verən və hər iki tərəfin itkilər verdiyi hadisəni lağa qoyan Zaxarova əslində bununla növbəti dəfə özünün və təmsil etdiyi qurumun mənəviyyatsızlığını, şeytan, iblis xislətini ortaya qoyub. XİN sözçüsü bununla həm də ümumiyyətlə, tarixən bu münaqişənin yaranmasında, zaman-zaman alovlanmasında müstəsna rolu olan, ermənilərin tərəfini saxlayaraq, onlardan istifadə etməklə regionu qarışdıran, çoxlu sayda günahsız insanın qanının axıdılmasına rəvac verən Rusiya imperiyasının əsl simasını, mənəviyyatsızlığını açmış oldu.

Hər iki münaqişə tərəfinə bu cür yuxarıdan aşağı baxış, münasibət, yekəxana və məsuliyyətsiz yanaşma təbii ki, təkcə onun şəxsi mənəvi keyfiyyətlərindən deyil, həm də təmsil etdiyi imperiya hakimiyyətinin mahiyyətindən irəli gəlir.

Qeyd edək ki, Zaxarovanın bu paylaşımına qısa müddətdə iki minə yaxın şərh yazılıb. Özü də həmin şərhlərin demək olar hamısında bu qeyri-adekvat xanım tənqid atəşinə tutulub. Təkcə azərbaycanlı və erməni istifadəçilər deyil, rusiyalılar da onun bu mənəviyyatsız atmacasını tənqid ediblər. Rusiyalılar Zaxarovanı digər xalqların faciəsinə, probleminə “burun soxmaqdansa”, Rusiyada baş verənlərə diqqət yetirməyə çağırıblar. Və bu kontekstdə son günlər Xabarovskda hakimiyyətə qarşı baş verən kütləvi etiraz aksiyalarını misal göstəriblər.

pia.az 


Etiket: Zaxarova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar